Əsas səhifə » Azərbaycan cüdoçuları Avropa çempionatında 11 medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa çempionatında 11 medal qazanıblar

Bakı. AzerVoice:

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında 11 medal qazanıblar.

AzerVoice İdman.biz-ə istinadən xəbər verir ki, təmsilçilərimiz Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən turnirdə bu uğura imza atıblar.

Millimiz Avropa çempionatının fərdi yarışlarında 3 qızıl və 8 bürünc medal əldə edib.

Qeyd edək ki, iyunun 6-9-da keçirilən çempionatda Azərbaycan cüdoçuları 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunub.

Digər Kateqoriyalar

2025 © Azervoice