Argentinalı futbolçu Lİonel Messi 2026 Dünya Çempionatında oynaya bilər.
AzerVoice xəbər verir ki, bu barədə futbolçunun özü açıqlama verib.
"Bu necə hiss etdiyimə, fiziki olaraq nə vəziyyətdə olduğuma və özümə qarşı nə qədər gerçəkci olacağımnan asılıdır. Komanda yoldaşlarımın yanında olmaq istəyirəm",- deyə o bildirib.
Qeyd edək ki, Lionel Messi sonuncu dəfə keçirilən 2022 dünya çempionatı qazanmış və turnirin ən yaxşı oyunçusu seçilmişdir.