Çelsi klubu 38 milyon avro dəyərində çıxış maddəsi olan Belçikalı futbolçu Romelu Lukakunu satmaq istəyir.
AzerVoice xəbər verir ki, klub futbolçunu icarəyə vermək kimi bir niyyəti olmadığını açıqlayıb.
Qeyd edək ki, futbolçu Çelsi klubuna 2021-ci ildə İnter klubundan 115 milyon avroya transfer olmuşdur. Daha sonra İnterə 8 milyon avroya , daha sonra isə ROmaya 5,8 milyon avroya icarəyə göndərilib.