Əsas səhifə » “Qarabağ”ın dünya reytinqindəki mövqeyi açıqlanıb

“Qarabağ”ın dünya reytinqindəki mövqeyi açıqlanıb

Bakı. AzerVoice:

Klubların dünya reytinqi açıqlanıb.

AzerVoice İdman.biz-ə istinadən xəbər verir ki, İFFHS-in cədvəlində dünyanın ən yaxşı 505 klubu yer alıb.

Azərbaycan siyahıda dörd klubla təmsil olunub. "Qarabağ" 183 xalla dünyanın 48-ci komandasıdır. Ağdam klubu ötən cədvəldəki mövqeyini qoruyub.

"Zirə" böyük sıçrayışa imza atıb. Qəsəbə klubu 127 pillə irəliləyib. Rəşad Sadıqovun yetirmələri 60,75 xalla 384-cüdür.

"Neftçi" 59,25 xalla 398-cidir. Bakılılar 21 pillə geriləyib.

58,25 xala malik "Sabah" 405-ci yerdədir. Paytaxt təmsilçisi 8 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ "Mançester Siti" başçılıq edir – 416 xal.

İdman.biz

Digər Kateqoriyalar

2025 © Azervoice