Əsas səhifə » Real Dortmunda qarşı

Real Dortmunda qarşı

Bakı,AzerVoice

UEFA Çempionlar Liqasının finalı Real Madrid ilə Borusiya Dortmund arasında keçiriləcək.

AzerVoice xəbər verir ki, dünən Çempionlar liqasının yarımfinal mərhələsinə yekun vurulub. Real doğma meydanda Bavariyanı qəbul edib.

İlk görüşdə 2-2 lik heç-heçəyə razılaşan tərəflərin ikinci görüşü realın 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə Real finala yüksələrək tarixində 15-ci çempionluğu yaşamağa bir addım daha yaxınlaşıb.

Qeyd edək ki , Nəhənglər Liqasının finalı iyunun 1-də Uemblidə keçiriləcək.

Digər Kateqoriyalar

2025 © Azervoice