BAKI,AzerVoice
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.
AzerVoice xəbər verir ki, günün ən diqqətçəkən oyunlarından biri Fransada baş tutacaq, digəri isə Almaniyada oynanacaq.
PSJ - Liverpul
Günün ən çox gözlənilən oyunu Parisdə baş tutacaq. Fransa çempionu PSJ, İngiltərə nəhəngi Liverpulu qəbul edəcək. Hər iki komanda bu mövsüm Çempionlar Liqasında güclü çıxış edib. PSJ, Brest üzərində 10-0 ümumi hesabla qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Liverpul isə yalnız bir məğlubiyyət alıb və digər bütün oyunlarda qalib gəlib.
Bu möhtəşəm qarşılaşma Bakı vaxtı ilə 00:00-da start götürəcək.
Bavariya - Bayer Leverkuzen
Almaniyada iki Bundesliqa təmsilçisi qarşılaşacaq. Son illərin dəyişməz favoritlərindən biri olan Bavariya Münhen, Bundesliqanın son çempionu Bayer Leverkuzeni qəbul edəcək.
Son altı qarşılaşmada Bavariya Leverkuzeni məğlub edə bilməyib. Komanda bu oyunda uğurlu seriyanı qırmağa çalışacaq.
Bu maraqlı görüş də Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Benfika - Barselona
İspaniya nəhəngi Barselona Portuqaliya təmsilçisi Benfikanın qonağı olacaq. Hər iki komanda güclü heyətə malikdir və qarşılaşmada balanslı oyun gözlənilir.
Sonuncu dəfə bu komandalar üz-üzə gələndə Barselona 5-4 hesablı qələbə qazanmışdı. Bu dəfə də komandaların mübarizəsinin gərgin keçəcəyi gözlənir.
Görüş Bakı vaxtı ilə 00:00-da start götürəcək.
İnter - Feyenoord
Bu günün ən erkən başlayan oyunu isə İtaliyada baş tutacaq. İnter, Niderland çempionu Feyenoordu qəbul edəcək.
Bu maraqlı qarşılaşma Bakı vaxtı ilə 21:45-də başlayacaq.