BAKI, AzerVoice
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində bir Madrid derbisi oynanacaq.
AzerVoice xəbər verir ki, Real Madrid doğma Santyaqo Bernabeu stadionunda əzəli rəqibi Atletiko Madrid komandasını qəbul edəcək.
Böyük maraqla gözlənilən qarşılaşma Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Real Madrid bu qarşılaşmaya bəzi əsas oyunçularının yoxluğunda çıxacaq. Müdafiə xəttində Eder Militao zədə səbəbindən iştirak etməyəcək. Bundan əlavə, Dani Ceballos və Jude Bellingham da cəzalı olduqları üçün oyunu buraxacaqlar.
Bu oyun, həm də iki təcrübəli məşqçinin duelinə səhnə olacaq. Karlo Ançelotti və Dieqo Simeone indiyə qədər 26 dəfə qarşılaşıb və hər biri 9 qələbə qazanıb, 8 oyun isə heç-heçə ilə nəticələnib. Ançelotti, Simeonenin taktiki bacarıqlarına hörmət etdiyini və bu qarşılaşmanın çətin keçəcəyini bildirib.