Əsas səhifə » Qalatasaray Fənərbağçaya qarşı

Qalatasaray Fənərbağçaya qarşı

Bakı,AzerVoice

Türkiyə Super Liqasının 25-ci turu çərçivəsində Qalatasaray doğma meydanda əzəli rəqibi Fənəbağça ilə qarşılaşacaq.

AzerVoice xəbər verir ki, görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Qalatasaray bu mövsüm liqada oynadığı heç bir ev oyununda məğlub olmayıb.

Mövsümə portuqaliyalı baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında başlayan Fənərbaxça səfərdə göstərdiyi performansla zirvə yarışından əl çəkmir. Sarı-göylü komanda Qalatasaraydan sonra liqada səfərdə ən yaxşı nəticə göstərən ikinci komandadır.

Qarşılaşmanı sloveniyalı hakim Slavko Vinciç idarə edəcək.

Qeyd edək ki, son zamanlarda Türkiyə futbolunda hakim qərarları geniş müzakirə mövzusuna çevrilib. Xüsusilə Süper Liqada verilən bəzi qərarlar həm azarkeşlər, həm futbolçular, həm də klub rəhbərləri tərəfindən tənqid olunur. VAR sisteminin tətbiqi bəzi hallarda ədaləti təmin etsə də, bəzən qərarların gec verilməsi və ya qeyri-müəyyən hallarda istifadə olunması əlavə narazılığa səbəb olur.

Fənərbağça, Qalatasaray, Beşiktaş və Trabzonspor kimi böyük klubların baş məşqçiləri və rəhbərləri tez-tez mətbuat konfranslarında hakimlərə sərt tənqidlər yönəldirlər. Hakim təyinatları, VAR-ın düzgün işləməməsi və ya bəzi qərarların tərəfli olduğu iddiaları futbol gündəmini məşğul edir. Türkiyə Futbol Federasiyası (TFF) isə bu mövzuda təkmilləşdirmələr etmək və hakimlərin peşəkarlığını artırmaq üçün tədbirlər gördüyünü bildirir.

Digər Kateqoriyalar

2025 © Azervoice