Əsas səhifə » Fenerbahçe xal itirib

Fenerbahçe xal itirib

Bakı,AzerVoice

Trendyol Super Liqasının 9-cu həftəsində keçirilən Samsunspor-Fenerbahçe oyunu 2-2 bərabərə bitib.

AzerVoice xəbər verir ki, bununla Fenerbahçe xal itirib.

Görüşdə hesabı qonaqlar açıb. 24-cü dəqiqədə Tadiç fərqlənib.

Qarşılaşmanın ilk yarısı Fenerbahçe-nin 1-0 üstünlüyü ilə başa çatıb.

49-cü dəqiqədə Samsunspor hesabı bərabərləşdirsə də, 62-ci dəqiqədə qonaqlar yenidən hesabda önə keçib.

Görüşdə son nöqtəni 88-ci dəqiqədə meydan sahibləri qoyub və görüş 2-2 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda Galatasaray 25 xalla birinci, Beşiktaş 20 xalla ikinci, Samsunspor isə 19 xalla üçüncüdür. Fenerbahçe 17 xalla dördüncü pillədə qərarlaşıb.

Digər Kateqoriyalar

2025 © Azervoice