Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

    19 Noyabr 2025 10:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Noyabrın 18-19-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qobustan ərazisindəki “Diri Baba” türbəsinə, İsmayıllı rayonundakı “Basqal” Dövlət Tarix-Mədəniyyət və “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruqlarına media nümayəndələrinin səfəri təşkil edilib.

    AzerVoice xəbər verir ki, səfərin məqsədi qış turizm mövsümü öncəsi daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, eyni zamanda qoruqlarda turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.

    Ölkə əhəmiyyətli memarlıq abidəsi sayılan və dövlət mühafizəsinə götürülən “Diri Baba” türbəsində jurnalistlərə məlumat verilib ki, türbə 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə sufi şeyxlərindən birinin şərəfinə tikilib. Türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. Dövlət Turizm Agentliyi tərəfindən burada bir sıra infrastruktur və bərpa işləri aparılıb. Türbə Azərbaycanın şimal-qərb turizm dəhlizində birinci vacib dayanacaq kimi, il ərzində xeyli sayda turist qəbul edir. Ərazidə turizm imkanlarının yaradılması yerli kiçik sahibkarlığın və icma əsaslı turizm dəyər zəncirinin formalaşmasına, bölgənin digər turizm əhəmiyyətli abidələrinin turizm potensialından istifadəyə və regional turizm klastrının yaranmasına töhfə verir.

    “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda media mənsublarına bildirilib ki, qoruq İsmayıllı rayonunun Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir. Qoruğun ərazisində orta əsrlərə aid Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi məhəllələr və bütün bu məhəllələrdən çıxan küçələrin birləşdiyi mərkəzi Bazar meydanı yerləşir. “Basqal” Qoruğu ərazisində tarixi müdafiə istehkamları, 1531-ci ildə inşa edilən Şeyx Məhəmməd məscidi, XIX əsrin ortalarına aid Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, XVII əsrə aid tarixi hamam, sənətkarlıq karxanaları, tarixi evlər kimi tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır. Basqal həm də 500 ilə yaxın yaşı olan, 1563-cü ildə əkilmiş tarixi çinar ağacı ilə məşhurdur.

    Bildirilib ki, Dövlət Turizm Agentliyi “Basqal” Qoruğu ərazisində mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa və konservasiya, abadlaşdırma işlərinin aparılmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işinə xüsusi diqqət yetirir. 12 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonuna səfər çərçivəsində “Basqal” Qoruğu ərazisinə də baş çəkib, burada aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

    Son dövrlərdə Basqalda sayca üçüncü küçə tarixi-memarlıq üslubu qorunmaqla bərpa edilib, mərasim evi yaradılıb. Bununla yanaşı, Qoruğun ərazisində XIX əsrin ortalarında inşa edilmiş Hacı Bədəl məscidində, İkinci Dünya müharibəsi dövründə İtaliyada partizan kimi döyüşlərdə iştirak etmiş Məmməd Bağırova aid tarixi evdə, Şeyx Məhəmməd məscidi ərazisində bərpa və konservasiya işləri davam etdirilir.

    Mediaturda iştirak edən jurnalistlər “Basqal” Qoruğu ərazisində kəlağayı istehsalı emalatxanasında ustalarla görüşərək ipəyin boyanması və kəlağayının qəliblənməsi proseslərini yaxından izləyiblər. Bildirilib ki, 2014-cü ildə “Qadın baş örtüyü Kəlağayının hazırlanması və simvolikası” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Sonda qonaqlar Basqal mətbəxinin incisi, Basqal halvasının hazırlanması prosesi ilə tanış olublar.

    “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda mediatur iştirakçılarına bildirilib ki, qoruq Lahıc qəsəbəsinin və Ərəgit kəndinin 80 hektar ərazisində dövlət qeydiyyatına alınmış 102 tarixi və mədəniyyət abidəsinin mühafizəsini həyata keçirir. Buradakı abidələr arasında su dəyirmanı, körpü, üç hamam, beş məscid və səkkiz daş sütun var. Qoruq ərazisində dövlət mühafizəsinə götürülmüş onlarla tarixi yaşayış evi yerləşir.

    Qeyd olunub ki, Qoruq ərazisində 30-a yaxın sənətkarlıq sahəsi inkişaf etmişdir. Qəsəbənin mərkəzi küçəsi sayılan Böyük küçə və ya Bazar küçəsi sənətkarlar məhəlləsidir. Lahıcın demək olar ki, bütün mis mağazaları, emalatxanaları burada yerləşir. Turistlərin əsas ziyarət etdiyi məhəllə “Lahıc” Qoruğunun bu hissəsidir. Burada nəinki suvenir almaq, eləcə də sənətkarların işinə onların emalatxanalarında canlı olaraq tamaşa etmək mümkündür. XIX əsrdə 52 misgər dükanı olan İsmayıllının Lahıc qəsəbəsi tarixən mis məmulatlarının istehsalında xüsusi yer tutub və bu gün də həmin ənənə yerli ustalar tərəfindən uğurla davam etdirilir. Dəri məmulatlarının istehsalı isə Lahıcda misgərlikdən sonra ikinci peşədir. 2015-ci ildə “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.

    Media mənsublarına “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində hazırda həyata keçirilən bərpa-quruculuq işləri barədə də məlumat verilib. Qeyd edilib ki, qoruq ərazisində Qoruq evinin inşası tamamlanmaq üzrədir. Bundan başqa, turistlərin və yerli sakinlərin rahatlığı üçün ərazidə parkinq zonası yaradılır, geniş abadlıq işləri görülür. Jurnalistlər mediatur çərçivəsində buradakı qədim daş küçələri, Bəndəvan məscidini, Hacı Gəray bulağını, “Lahıc” Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək, misgərlik və dəriişləmə sənəti ilə məşğul olan ustaların iş prosesini izləməklə Lahıcın memarlığı, sənətkarlıq tarixi barədə zəngin məlumat toplayıblar.

    Səfər müddətində media nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.

    Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
    Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
    Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
    Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
    #Dövlət Turizm Agentliyi #Media turu #Daxili turizm imkanları #Diri Baba türbəsi #Dövlət Turizm Agentliyinin layihələri #İnfrastrukturun bərpası #Regional turizm klasteri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

    19 Noyabr 2025 10:34

    Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

    19 Noyabr 2025 10:12

    Sahibkarlarla növbəti görüş Quba rayonunda keçirilib

    18 Noyabr 2025 19:25

    ETX saytlara girişdə çətinliklər yaşanması ilə bağlı məlumat yayıb

    18 Noyabr 2025 16:40

    Aqroturizm üzrə təlimlər keçirilib

    18 Noyabr 2025 10:16

    Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib

    17 Noyabr 2025 14:21

    Azərbaycanın BMT-Turizmin İcraiyyə Şurasına üzvlüyü təsdiq olunub

    12 Noyabr 2025 09:38

    Göyçayda ənənəvi "Nar Festivalı" keçirildi

    9 Noyabr 2025 17:24

    Regional turizm şuralarının işçi qruplarının iclasları keçirilib

    30 Oktyabr 2025 12:52

    Şəkidə İƏT-in İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası keçirilib

    29 Oktyabr 2025 16:31

    Avropada Turizmdə Qadınların Səlahiyyətləndirilməsi üzrə 1-ci BMT Regional Turizm Konfransı keçirilib

    24 Oktyabr 2025 11:45

    Xınalıq kəndi Ümumdünya Turizm Təşkilatının Ən yaxşı turizm kəndi elan edildi

    17 Oktyabr 2025 20:02
    Demo
    XƏBƏR LENTİ

    İstanbulda oteldə yanğın: turistlər və qonaqlar təxliyə edildi

    Səudiyyə Ərəbistanına “NATO-dan kənar əsas müttəfiq” statusu verilməsi nə deməkdir?

    İranın nüvə proqramı yalnız dinc məqsədlərə xidmət edir - Pezeşkian

    Tramp Səudiyyə Ərəbistanını “NATO-dan kənar əsas müttəfiq” elan edib

    Ərdoğan və Zelenski Ankarada sülh gündəmi ilə görüşəcək

    Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

    Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

    Türkiyənin Çeşme limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Azərbaycan–Ermənistan sülh sazişi imzalanarsa, Türkiyə Ermənistanla normallaşmaya hazırdır - Hakan Fidan

    Səudiyyə Vəliəhdinin ABŞ səfəri strateji tərəfdaşlıqda yeni mərhələnin əsasını qoyur

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.