Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Azərbaycan–Ermənistan sülh sazişi imzalanarsa, Türkiyə Ermənistanla normallaşmaya hazırdır - Hakan Fidan

    19 Noyabr 2025 09:18
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində siyasətini dəfələrlə elan edib və bu mövqeyə sadiqdir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalandığı zaman Türkiyə Ermənistanla normallaşmaya başlamağa hazır olacaq. Fidan qeyd edib ki, Ermənistanın bölgədə sülhə bu qədər maraqlı olmasının əsas səbəbi Türkiyənin münasibətləri normallaşdırmağa hazır olduğunu görməsidir.

    AzerVoice xəbər verir ki, Fidan açıqlamasını TBMM-in Plan və Büdcə Komitəsində, Xarici İşlər Nazirliyinin 2026-cı il büdcəsi müzakirə edilərkən millət vəkillərinin suallarını cavablandırarkən verib.

    Hakan Fidan Ermənistanla normallaşma məsələsinə yenidən toxunaraq bildirib ki, sərhədlərin açılması və iqtisadi əlaqələrin canlanması Ermənistan üçün böyük əhəmiyyət daşıyır. Nazir deyib ki, regionda yeni bir “donmuş münaqişə” vəziyyətinin yaranmasını istəmirlər. Onun fikrincə, münasibətlər sülh sazişi imzalanmadan tam normallaşdırılarsa, Ermənistanın Azərbaycanla razılaşma imzalama motivasiyası zəifləyə bilər.

    Fidan iki ölkənin Vaşinqtonda sənəd parafladığını, lakin razılaşdırılmamış iki məsələ qaldığını bildirib. Bunlardan biri Zəngəzur dəhlizi, digəri isə Ermənistan Konstitusiyası ilə bağlı bəzi müddəalardır. Nazir qeyd edib ki, bu məsələlər həll olunarsa və Azərbaycan yekun sənədə imza atarsa, Türkiyə də Ermənistanla sərhəd qapılarını açacaq.

    Zəngəzur dəhlizi barədə danışan Fidan bildirib ki, dəhlizlə bağlı tələbi irəli sürən Azərbaycan tərəfidir və birləşdirilməsi nəzərdə tutulan ərazi Naxçıvanla Azərbaycan arasındadır. Türkiyənin burada tərəflərə asanlaşdırıcı rol oynadığını, hazırda isə region ölkələri ilə ticarəti əsasən Gürcüstan və İran üzərindən həyata keçirdiklərini söyləyib.

    #Türkiyə #Hakan Fidan #Zəngəzur dəhlizi #Azərbaycan-Ermənistan #Türkiyə Böyük Millət Məclisi (TBMM) #Azərbaycan Ermənistan sülh razılaşması #Azərbaycan Ermənistan danışıqları #ABŞ Azərbaycan Ermənistan liderlər görüşü #Azərbaycan-Ermənistan sülh sazişi 2025 #Azərbaycan Ermənistan sülh prosesi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mədəniyyət Nazirliyində Türkiyə səfiri ilə görüş olub

    30 Yanvar 2026 09:05

    Özbəkistan prezidenti Türkiyədə rəsmi səfərdədir

    29 Yanvar 2026 16:41

    Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri Tom Barrakı qəbul edib

    29 Yanvar 2026 14:48

    İran XİN rəhbəri Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 14:24

    Şavkat Mirziyoyev Türkiyəyə səfər edəcək

    29 Yanvar 2026 12:37

    Türkiyədə kibertəhlükəsizlik əməliyyatları - yüzlərlə şübhəli ifşa olundu

    29 Yanvar 2026 11:06

    Meksikada “Türk dilləri ailəsi: ilk yazılı mətnlərdən müasir dövrə qədər” mövzusunda konfrans keçirilib

    29 Yanvar 2026 09:37

    MİT İranın casus şəbəkəsini zərərsizləşdirib

    28 Yanvar 2026 17:39

    Türkmənistan–Türkiyə Hökumətlərarası Komissiyasının 9-cu iclası Aşqabadda keçiriləcək

    28 Yanvar 2026 17:12

    Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri Suriya və Qəzza məsələsini müzakirə edib

    28 Yanvar 2026 16:03

    İrana hücum müharibəni yenidən alovlandırmaq deməkdir - Hakan Fidan

    28 Yanvar 2026 14:37

    Qırmızı bülletenlə axtarılan şəxslər Türkiyəyə gətirildi

    28 Yanvar 2026 12:16
    Demo
    XƏBƏR LENTİ

    Növbəti köç karvanları Xankəndi, Xocalı və Ağdərəyə çatdı

    İran sahillərindəki ABŞ donanmasının imkanları nədən ibarətdir?

    Azərbaycan və BƏƏ xarici işlər nazirləri regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər

    2018-2025-ci illərdə reabilitasiya xidməti göstərilənlərin illik sayı 12 dəfə artıb

    Prezident İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev Norveçin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Prezident İlham Əliyev Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

    Qastronomiya turizmi üzrə beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilir

    Noar HaGva'ot-dan Nitsax Yehuda-ya: İsraildə dini radikalizmin anatomiyası

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.