Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

    19 Noyabr 2025 10:34
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə paytaxtın Binəqədi rayonu ərazisində təhlillər aparılıb.

    AzerVoice xəbər verir ki, təhlillərə əsasən, hazırda Yəhya Hüseynov küçəsindən, eləcə də yaxınlıqda yerləşən yaşayış kompleksindən paytaxt istiqamətində getmək istəyən sürücülər Bakı-Sumqayıt şosesindən istifadə etməklə, “Ekologiya postu”nun yaxınlığında yerləşən yol qovşağından geriyə dönərək hərəkət etmək məcburiyyətində qalırlar. Bu da 3 km-dən çox izafi nəqliyyat yürüşünə, səyahət müddətinin artmasına və yol qovşağının əlavə yüklənməsinə gətirib çıxarır. Bununla yanaşı, kəsişmədə piyada və yol hərəkətinin təhlükəsizliyi arzuolunan səviyyədə deyil.

    Ərazidə yaşayan sakinlərin çoxsaylı istəkləri nəzərə alanıraq, Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilir.

    Həyata keçirilən layihə çərçivəsində sözügedən yol kəsişməsində hərəkət işıqforla nizamlanacaq. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksi istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə edə biləcək.

    Layihəyə əsasən, ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılacaq, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunacaq.

    Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri optimallaşdırılacaq, yeni yol nişanları quraşdırılacaq, nişanlanma xətləri təşkil ediləcək.

    #Azərbaycan #AYNA #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) #Yol hərəkətinin təkmilləşdirilməsi #Nəqliyyat axınının optimallaşdırılması #Yol qovşağı layihəsi #Bakı-Sumqayıt yolu #Biləcəri qəsəbəsi yol şəbəkəsi #İşıqforla nizamlanan kəsişmə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakıda TDT-yə üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası keçirilir

    19 Noyabr 2025 11:27

    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət makroiqitsadi dayanıqlılığının artmasına səbəb olub – Sahibə Qafarova

    19 Noyabr 2025 11:25

    Gənclərin inkişafına yönəlmiş iki xüsusi tədbir uğurla həyata keçirilib

    18 Noyabr 2025 15:52

    Əlaqələndirmə Qərargahının üzvləri Zəngilanda görülən işlərlə tanış olublar

    18 Noyabr 2025 15:24

    İstanbulda Azərbaycan və Ermənistan parlament nümayəndə heyətləri arasında görüş olub

    18 Noyabr 2025 14:19

    Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi” MMC-nin ümumi yığıncağı keçirilib

    18 Noyabr 2025 11:53

    Sabirabadda “Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi” mövzusunda regional konfrans keçiriləcək

    18 Noyabr 2025 11:00

    Aqroturizm üzrə təlimlər keçirilib

    18 Noyabr 2025 10:16

    Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salınıb

    18 Noyabr 2025 09:16

    Dövlət Komitəsinin sədri Avropa İttifaqının Azərbaycandakı səfiri ilə görüşüb

    17 Noyabr 2025 17:20

    Türk Mədəniyyəti və İrsi Fondu avropa gündəmində

    17 Noyabr 2025 15:03

    Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib

    17 Noyabr 2025 14:21
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Qırğızıstana mebel ixracı 8 milyon dolları keçib (ÖZƏL)

    Bakıda TDT-yə üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası keçirilir

    Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət makroiqitsadi dayanıqlılığının artmasına səbəb olub – Sahibə Qafarova

    İstanbulda oteldə yanğın: turistlər və qonaqlar təxliyə edildi

    Səudiyyə Ərəbistanına “NATO-dan kənar əsas müttəfiq” statusu verilməsi nə deməkdir?

    İranın nüvə proqramı yalnız dinc məqsədlərə xidmət edir - Pezeşkian

    Tramp Səudiyyə Ərəbistanını “NATO-dan kənar əsas müttəfiq” elan edib

    Ərdoğan və Zelenski Ankarada sülh gündəmi ilə görüşəcək

    Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

    Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.