Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib

    17 Noyabr 2025 14:21
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Noyabrın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən “Çin Ziyarətçiləri Sammiti” ("China Visitors Summit") keçirilib.

    AzerVoice xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev cənab Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində əldə olunan razılaşmaların iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün yeni mərhələ açdığını bildirib. O qeyd edib ki, hazırda Çinlə turizm əlaqələrində iki əsas istiqamətə - ölkəmizdə “China Ready” konsepsiyasının tətbiqinə və Çində marketinq fəaliyyətlərinin genişləndirilməsinə xüsusi diqqət verilir. Fuad Nağıyev bu kimi tədbir və təşəbbüslərin Azərbaycan və Çin arasında qarşılıqlı turist axınının artmasına, iqtisadi və mədəni əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

    Çin Xalq Respublikasının səfiri Lu Mey bildirib ki, 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən Çin-Azərbaycan münasibətləri daim dinamik və sabit xətlə inkişaf edib. Çin və Azərbaycan arasında dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlər son illərdə daha da möhkəmlənib və turizm bu əlaqələrin mühüm sahələrindən birinə çevrilib. O qeyd edib ki, bugünkü tədbir dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların praktik icrasına yönəlmiş vacib təşəbbüsdür. Səfir vurğulayıb ki, bu kimi tədbirlər Çin və Azərbaycan turizm sənayeləri arasında körpü rolunu oynayaraq yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaradır.

    “China Visitors Summit” Çin turizm şirkətlərinin iştirakı ilə hər il dünyanın müxtəlif ölkələrində keçirilərək ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə təşkil edilən beynəlxalq platforma kimi çıxış edir. Bakıda ilk dəfə təşkil olunan tədbirdə Çinin 50-dən çox turizm şirkətinin nümayəndələri ilə yerli turizm sənayesi nümayəndələri arasında B2B formatlı görüşlərin keçirilməsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur. Tədbir çərçivəsində Çin turizm şirkətlərinin Şamaxı, Qəbələ, Şəki və Qax rayonlarına səfərlərinin təşkili və regional turizm potensialının tanıdılması planlaşdırılır.

    Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib
    Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib
    Bakıda “Çin Ziyarətçiləri Sammiti” təşkil edilib
    #Azərbaycan #Bakı #Çin #İkitərəfli əlaqələr #İkitərəfli münasibətlərin inkişafı #Dövlət Turizm Agentliyi #turizm sənayesi #Çin Ziyarətçiləri Sammiti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    25 vaqon Rusiya taxılı Azərbaycandan keçməklə Ermənistana göndərildi

    1 Fevral 2026 15:52

    2018-2025-ci illərdə sosial sığorta daxilolmaları 3 dəfəyə yaxın artıb

    1 Fevral 2026 12:51

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    1 Fevral 2026 12:00

    Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 132 min şəxsə 411 min xidmət göstərilib

    31 Yanvar 2026 13:36

    76 və 78 nömrəli marşrutlar üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək

    31 Yanvar 2026 13:20

    2025-ci il Azərbaycan səhiyyəsi üçün qızıl dövr kimi tarixdə qalacaq - Kamran Musayev

    31 Yanvar 2026 13:14

    Sosial xidmət müəssisələrinin gənc sakinləri ahıllarla bir gün keçirdilər

    31 Yanvar 2026 13:06

    Qafqazda ürək transplantasiyasının ilk pasiyenti: İnsanları donor olmağa çağırıram

    31 Yanvar 2026 12:59

    Azərbaycanda mindən çox şəxs orqan transplantasiyasına ehtiyac duyur - Yeganə Abbasova

    31 Yanvar 2026 12:56

    Ürək transplantasiyası uzunmüddətli və sistemli səhiyyə islahatlarının nəticəsidir - Nadir Zeynalov

    31 Yanvar 2026 12:45

    İlk ürək transplantasiyalarından sonra orqan donoru olmaq istəyənlərin sayı artıb - Əhliman Əmiraslanov

    31 Yanvar 2026 12:41

    Ürək transplantasiyasının uğuru güclü qanunvericilik və icra mexanizmlərinə əsaslanır - Əhliman Əmiraslanov

    31 Yanvar 2026 12:39
    Demo
    XƏBƏR LENTİ

    Bu gün Klaus Fuksun Sovetlərə atom bombası məlumatlarını ötürdüyü üzə çıxdı

    Tarixdə bu gün - 2 fevral

    Trampın hərbi təhdidlərinə kəskin cavab olaraq, İranın müttəfiqləri regional qarşıdurmanı genişləndirməklə hədələyirlər

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    Bəlucistan döyüş meydanına döndü: 31 mülki şəxs həlak olub

    Xamenei etirazları "çevrilişə" bənzədir və regional müharibə barədə xəbərdarlıq edir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.