Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Xınalıq kəndi Ümumdünya Turizm Təşkilatının Ən yaxşı turizm kəndi elan edildi

    17 Oktyabr 2025 20:02
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Çinin Hujou şəhərində BMT Turizm Təşkilatının (UN Tourism) təşkilatçılığı ilə “Ən Yaxşı Turizm Kəndləri 2025” mərasimi və Üçüncü İllik Şəbəkə Görüşü keçirilib.

    AzerVoice xəbər verir ki, tədbirin məqsədi kənd turizminin inkişafına mühüm töhfə verən, davamlılıq və mədəni irsin qorunması sahəsində nümunə göstərən kəndlərin adlarını elan etmək, həmçinin bu proqram çərçivəsində tanınmış kəndlərin nümayəndələrini bir araya gətirərək təcrübə mübadiləsi aparmaq və gələcək istiqamətləri müzakirə etmək olub.

    Ümumdünya Turizm Təşkilatının elan etdiyi “Ən yaxşı turizm kəndi” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb. Bu layihənin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.

    Müsabiqənin yekununda Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının “Best Tourism Villages” siyahısına daxil edilib. Bu, Xınalığın yalnız milli deyil, həm də beynəlxalq miqyasda turizm və mədəni irs destinasiyası kimi qəbul edilməsinin bariz göstəricisidir. Eyni zamanda bu uğur Xınalığın tanıdılmasına, turizm axınının artmasına və yerli icmanın rifahına mühüm töhfə verəcəkdir.

    Mərasimdə BMT-nin UN Tourism təşkilatının Baş katibi Zurab Pololikaşvili mükafatı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyliyə təqdim edib.

    Qeyd edək ki, BMT-nin UN Tourism təşkilatının həyata keçirdiyi nüfuzlu “Best Tourism Villages” (Ən Yaxşı Turizm Kəndləri) proqramı kənd turizminin inkişafında mədəni, təbii və sosial dəyərləri qoruyaraq dayanıqlı turizmə töhfə verən kəndlərə “Ən Yaxşı Turizm Kəndi” statusu verir. Bu günə qədər dünyanın 60-a qədər ölkəsində 180 müxtəlif kənd bu statusu qazanmağa nail olub. Sevindirici və qürurverici haldır ki, artıq bu siyahıda ilk dəfə olaraq Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Xınalıq kəndinin də adı var.

    Beş min ildən çox tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 4 sentyabr 2023-cü tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Qoruq Dövlət Turizm Agentliyinin tabeliyindədir.

    Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiya ərazisi 18 sentyabr 2023-cü il tarixində UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu nominasiya sənədi 2021-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən hazırlanıb.

    Qoruq ərazisinin UNESCO Dünya İrs Siyahısına daxil edilməsi, Xınalığın minillik tarixini, zəngin mədəni ənənələrini və unikal yaşayış mühitini beynəlxalq səviyyədə tanıdaraq, həm də onun qorunması üçün xüsusi öhdəliklər yaradıb. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Xınalığın mədəni və tarixi dəyərlərinin qorunması, həmçinin yerli icmanın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirib. 2020-ci ildən başlayarq kənddə 42 yaşayış evi bərpa olunub, 33 digər tikilinin bərpası üçün isə layihə-smeta sənədlərinin hazırlanması prosesi tamamlanıb. Bundan əlavə, turizm infrastrukturunun yenilənməsi işi davam etdirilib, kəndi ziyarət edən turistlər üçün avtodayanacaq və sanitar qovşaqlar tikilib istifadəyə verilib. Aparılmış bərpa və abadlıq işlərinə kənd sakinləri aktiv şəkildə cəlb olunub ki, bu da öz növbəsində məşğulluq imkanlarının genişlənməsinə şərait yaradıb.

    Xınalığın “Ən Yaxşı Turizm Kəndi” beynəlxalq statusu əldə etməsi bu kənddə yeni turizm xidmətlərinin və məhsullarının formalaşmasına böyük töhfə verəcəkdir. Bu beynəlxalq tanınma Azərbaycanın turizm potensialının dünyada geniş miqyasda tanıdılmasına xidmət edir.

    Xınalıq kəndi Ümumdünya Turizm Təşkilatının Ən yaxşı turizm kəndi elan edildi
    Xınalıq kəndi Ümumdünya Turizm Təşkilatının Ən yaxşı turizm kəndi elan edildi
    #turizm #Xınalıq kəndi #BMT Turizm Təşkilatı (UN Tourism) #Ən Yaxşı Turizm Kəndləri 2025 #UNESCO Ümumdünya İrs Siyahısı #Dövlət Turizm Agentliyi #Azərbaycan kəndləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Çində Azərbaycanın turizm imkanları təbliğ edilib

    29 Dekabr 2025 16:55

    Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub

    22 Dekabr 2025 10:41

    İstanbulda Azərbaycanın rəsmi turizm nümayəndəlik ofisi açıldı

    10 Dekabr 2025 10:34

    BƏƏ və Səudiyyə Ərəbistanından olan turizm şirkətlərinin iştirakı ilə tanışlıq səfəri təşkil olunub

    8 Dekabr 2025 16:58

    Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil edilib

    8 Dekabr 2025 16:43

    Şəkiyə mediatur təşkil olunub

    3 Dekabr 2025 17:59

    BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıqla bağlı yerləşmə vasitələri ilə görüş keçirilib

    28 Noyabr 2025 17:56

    Azərbaycan nümayəndə heyəti Özbəkistan Turizm Həftəsi çərçivəsində təşkil edilən sərgi və iclaslarda iştirak edib

    28 Noyabr 2025 16:52

    Azərbaycanın turizm imkanları Yaxın Şərqdə nümayiş etdirilib

    27 Noyabr 2025 11:42

    Azərbaycanın turizm heyəti COP30 tədbirində təmsil olunub

    21 Noyabr 2025 15:27

    Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

    19 Noyabr 2025 10:12

    Aqroturizm üzrə təlimlər keçirilib

    18 Noyabr 2025 10:16
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 fevral

    Trampın hərbi təhdidlərinə kəskin cavab olaraq, İranın müttəfiqləri regional qarşıdurmanı genişləndirməklə hədələyirlər

    Kentavrlar mifdir, yoxsa qədim mədəniyyətlərin ortaq simvolu?

    İslam mənbələrində cinlərin məskənləri haralar sayılır?

    "Real Madrid" son saniyə penalti ilə "Rayo Valyekano"nu məğlub etdi

    Qazilikdən imtina idən alim: Əbhərinin Elm və Zühd Dolu Ömrü

    Orta əsrlər müsəlman alimlərinin tibbi inqilabı - İslamda psixoterapiya varmı?

    Bəlucistan döyüş meydanına döndü: 31 mülki şəxs həlak olub

    Xamenei etirazları "çevrilişə" bənzədir və regional müharibə barədə xəbərdarlıq edir

    Türkiyənin sərhəd təhlükəsizliyi və Suriya razılaşması: Regional təsir analizi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.