74
Bakı,AzerVoice
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və ABŞ-ın milli təhlükəsizlik müşaviri iki ölkə arasında strateji razılaşmaları müzakirə ediblər. AzerVoice xəbər veri ki,
Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri şahzadə Məhəmməd bin Salman ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivanı qəbul edib.
Görüş zamanı iki ölkə arasında strateji əlaqələrə və onların müxtəlif sahələrdə inkişaf etdirilməsi yollarına nəzər salınıb.
Hazırda yekunlaşmaq üzrə olan Krallıq və Amerika Birləşmiş Ştatları arasında strateji sazişlər layihəsinin yarımfinal variantı var.
Fələstin məsələsində iki tərəf arasında etibarlı yol tapmaq üçün nələr üzərində iş aparıldığı da müzakirə edilib.