Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    İordaniyada “Müsəlman Qardaşlar” qadağası: Səudiyyə Ərəbistanına jest, yoxsa İsrailə güzəşt?

    1 May 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi – İordaniya hökumətinin “Müsəlman Qardaşlar” təşkilatını rəsmi şəkildə qadağan etməsi Yaxın Şərqdə siyasi balans axtarışlarının daha da dərinləşdiyini göstərir. Qərarın, Kral Abdullahın Səudiyyə Ərəbistanına səfəri ilə eyni vaxtda elan olunması, addımın yalnız təhlükəsizlik deyil, həm də regional ittifaqlar çərçivəsində atıldığını ehtimal etdirir.

    İordaniya Daxili İşlər Nazirliyi ötən həftə 16 nəfər üzvünün hücum planlaşdırmaqda ittiham edilərək həbs edilməsindən sonra təşkilatın fəaliyyətini və bütün tədbirlərini rəsmi olaraq qadağan etdiyini açıqladı.

    Siyasi qanadı olan “İslami Əmək Cəbhəsi Partiyası” (İƏCP) isə dərhal məsafə saxlayaraq özünü müstəqil siyasi qurum kimi təqdim etdi və fəaliyyətini “qanun çərçivəsində davam etdirəcəyini” bildirdi. Partiya son parlament seçkilərində ən çox səs toplayan təşkilat olmuşdu və Qəzzada müharibə fonunda hökumətə qarşı ictimai narazılığı siyasi dividendlərə çevirməyə başlamışdı.

    Regional təzyiqlər və daxili balans

    Analitiklər bildirirlər ki, bu qərar təkcə daxili təhlükəsizlik qayğılarından qaynaqlanmır. Qadağa həm də İordaniyanın İsrail və Səudiyyə Ərəbistanı ilə münasibətlərində yeni mövqeyə keçməyə çalışdığını göstərir.

    Xüsusilə, İsrailin Qəzzaya qarşı müharibəsi fonunda İƏCP-nin sülh sazişini və hökumətin İsraillə münasibətlərini sərt şəkildə tənqid etməsi Təl-Əvivdə narahatlıq yaratmışdı. Digər tərəfdən, Səudiyyə Ərəbistanının 2030 Vizyonu çərçivəsində “Müsəlman Qardaşlar”a qarşı apardığı genişmiqyaslı kampaniyaya uyğun jest kimi də dəyərləndirilir.

    2024-cü ildə Ər-Riyad Amman hökumətinə 250 milyon dollarlıq yardım paketi təqdim etmiş, ABŞ-ın isə illik 1.45 milyard dollarlıq yardımında azalmalar müşahidə olunmuşdu. Bu səbəbdən, İordaniyanın maliyyə ehtiyaclarını təmin etmək üçün Səudiyyə ilə münasibətləri möhkəmləndirməyə çalışdığı vurğulanır.

    Tarixi və ideoloji kontekst

    “Müsəlman Qardaşlar” təşkilatı İordaniyada 1946-cı ildən bəri fəaliyyət göstərir. Uzun illər “loyal müxalifət” statusunda olmuş, məktəblər, xeyriyyə cəmiyyətləri və sosial xidmətlərlə məşğul olmuşdu. Kral Hüseyn dönəmində təşkilata müəyyən muxtariyyət verilsə də, Kral II Abdullah dövründə, xüsusilə 11 sentyabrdan sonra və “islami radikalizmə qarşı mübarizə” fonunda təşkilat üzərində təzyiqlər artmışdı.

    Qəzzada müharibə və ictimai narazılıq

    7 oktyabr 2023-cü ildə HƏMAS tərəfindən həyata keçirilən hücumdan sonra İsrailin genişmiqyaslı müharibəsi və Qəzzadakı humanitar fəlakət İordaniyada geniş ictimai qəzəb doğurmuşdu. Nüfuzlu islamçı qüvvələrin bu narazılığı siyasi platformaya çevirməsi hökuməti ciddi narahat etməyə başladı.

    İƏCP-nin bu fonu seçkiyə çevirməsi və parlamentdə daha güclü təmsil olunması hökuməti yeni sərt addımlar atmağa vadar etdi. Partiyanın keçmiş baş katibi Zəki Bəni İrşad hökumətin bu addımını ölkə daxilində parçalanmanı dərinləşdirmək və xalqla müxalifəti toqquşdurmaq cəhdi adlandırdı.

    Qadağa qərarı İordaniya hakimiyyətinin islamçı siyasi qüvvələrlə əvvəlki “sakit koalisiya” modelindən imtina etdiyini göstərir. Regional güclərin – xüsusilə Səudiyyənin – mövqeyinə yaxınlaşma, İsraillə münasibətlərin balanslaşdırılması və daxildə müxalifətin populyarlığını cilovlamaq məqsədi bu qərarı şərtləndirən əsas faktorlardır.

    Bu addım həmçinin İordaniyanın gələcək siyasi sabitliyi üçün ciddi sınaq ola bilər. Xüsusilə iqtisadi böhran, işsizlik və korrupsiya səbəbilə artan xalq narazılığı fonunda, təşkilatlanmış islamçı müxalifəti qadağan etmək daxildə daha böyük təlatümlərə səbəb ola bilər.

    #İordaniya #II Abdullah #Kral II Abdullah #İxvan-i Müslimin #İordaniya Kralı II Abdullah #İxvan nümayişləri İordaniya #İordaniya ordusu və təhlükəsizlik qüvvələri #İordaniya siyasi etirazlar 2024 #Müsəlman Qardaşları İordaniya #İordaniyada xalq etirazları #İordaniya və HƏMAS münasibətləri #İordaniyada nümayişçilərin həbsi #İordaniya partiyalarının orduya dəstəyi #İordaniyada İxvan nümayişlərində orduya qarşı təhqiramiz şüarlar #İordaniya kralı II Əbdullahın İxvana qarşı xəbərdarlığı #İordaniyada rəsmi dairələrin İxvan nümayişlərinə reaksiyası #İordaniyada Qəzza ilə həmrəylik nümayişlərinin siyasi nəticələri #İordaniya parlamentinin orduya dəstək bəyanatları #İordaniyada nümayişçilərin təhlükəsizlik qüvvələrini təhqir etməsi #Müsəlman Qardaşları və İordaniya hakimiyyəti arasında böhran #İxvan nümayişləri İordaniyada necə qarşılanır? #İordaniya kralı orduya qarşı şüarlara necə reaksiya verib? #Qəzza müharibəsi İordaniyada daxili siyasətə necə təsir göstərir? #İordaniya İxvanı 2025 #İxvan HƏMAS əlaqəsi #İordaniyada etirazlar və İxvan #İxvan siyasi ritorikası #İxvan partiyası və təhlükəsizlik məsələləri #İordaniya kral ailəsi və İxvan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və İordaniya gömrük sahəsində əməkdaşlıq edəcək

    2 Fevral 2026 13:12

    Hakan Fidan İraq və İordaniyalı həmkarları ilə regional gərginliyi müzakirə edib

    17 Yanvar 2026 17:46

    Qəzzaya ordu göndərmək Azərbaycan üçün ciddi risklər yarada bilər - Rufiz Hafizoğlu

    8 Yanvar 2026 15:52

    Ümumi qadağadan dəqiq hədəfləməyə: ABŞ-ın İxvan strategiyası

    28 Dekabr 2025 20:00

    Fidan, İordaniya və Səudiyyə Ərəbistanı həmkarları ilə Qəzza sülh planını müzakirə edib

    15 Dekabr 2025 17:52

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    Azərbaycanla İordaniya arasında ticarət dövriyyəsi 24 faiz artıb - Sahil Babayev

    27 Noyabr 2025 13:55

    Azərbaycan–İordaniya sənədləri imzalanıb

    27 Noyabr 2025 13:00

    Bakıda Azərbaycan və İordaniya Hökumətlərarası Komissiyasının IV iclası keçirilir

    27 Noyabr 2025 12:49

    9 ölkədən BMT-dəki Qəzza qətnaməsinə birgə dəstək

    15 Noyabr 2025 11:24

    Riyadda süni intellekt və müasir xərçəng müalicəsi texnologiyaları müzakirə olunacaq

    10 Noyabr 2025 20:09
    Demo
    XƏBƏR LENTİ

    Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub

    İran Fars körfəzində iki xarici neft tankerini saxlayıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə əfqanıstanlı qadın hüquqları fəalı və tədqiqatçısı Zarqa Yaftalı ilə görüşüb

    Aİ-də İsrailə qarşı sanksiyalar məsələsi gündəmdə saxlanılır

    İran müharibə yox, danışıqlar istəyir - Tramp

    Dövlət Komitəsi ilə ADA Universiteti arasında Anlaşma Memorandumu imzalandı

    Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı görüntülər paylaşılıb

    Yanvar ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 3 milyon dolları keçib (ÖZƏL)

    Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşları qəbul edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.