Axtarış nəticələri "Benyamin Netanyahu" (700)

ABŞ Prezidenti Donald Trampın əmri ilə dünyanın ən böyük aviadaşıyıcısı olan "USS Gerald R. Ford" Karib dənizindən Yaxın Şərqə doğru yola düşüb. Bu addım Vaşinqtonun Tehrana nüvə proqramı ilə bağlı təzyiqləri artırdığı bir vaxtda atılıb. Hazırda regionda olan "USS Abraham Lincoln" aviadaşıyıcısına "USS Gerald R. Ford"un da qoşulması Trampın "maksimum təzyiq" siyasətinin hərbi hissəsini təşkil edir. Prezident Tramp dünən verdiyi açıqlamada İranı xəbərdar edərək bildirib ki, sazişin əldə olunmaması Tehran üçün "çox travmatik" olacaq.

ABŞ Prezidenti Donald Tramp cümə günü bəyan edib ki, Birləşmiş Ştatlar İranla "mütləq saziş bağlamalıdır" və bu razılığın növbəti bir ay ərzində əldə olunmasının mümkün olduğunu hesab edir. AzerVoice xəbər verir ki, Tramp, Tehranın razılığa gələ bilməyəcəyi təqdirdə "çox ağrılı" nəticələrin olacağı ilə bağlı xəbərdarlıq edib. Bu açıqlama onun İsrailin Baş naziri Benyamin Netanyahu ilə İran mövzusunda qapalı qapılar arxasında apardığı danışıqlardan bir gün sonraya təsadüf edir.

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda keçirdiyi görüşdən sonra İranla bağlı konkret qərar qəbul edilmədiyini bildirib. O qeyd edib ki, Tehranla danışıqlar davam etdiriləcək və mümkün razılaşma variantları araşdırılacaq. Tramp sosial şəbəkədə paylaşımında yazıb ki, “heç bir yekun razılaşma əldə olunmayıb, lakin İranla danışıqların davam etdirilməsində israr etmişəm”. O əlavə edib ki, razılaşma mümkün olarsa, bu üstünlük təşkil edəcək variant olacaq.

Pentaqon Yaxın Şərqə ikinci aviadaşıyıcı zərbə qrupunun göndərilməsi üçün hazırlıq göstərişi verib. ABŞ Prezidenti Donald Tramp İranla danışıqların uğursuz olacağı təqdirdə regiona əlavə hərbi qüvvələrin göndərilməsini nəzərdən keçirir. Tramp daha əvvəl bəyan etmişdi ki, Vaşinqton və Tehran arasında mümkün razılaşma əldə olunmazsa, ABŞ İranla bağlı “çox sərt addımlar” ata bilər. O, həmçinin İranla danışıqların ikinci raundunun gələn həftə keçirilə biləcəyini qeyd edib.

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü Ağ Evdə mühüm görüş keçiriblər. Bu, Trampın vəzifəyə qayıtmasından bəri iki lider arasında baş tutan yeddinci görüşdür. Görüşün əsas mövzusunu İranın nüvə proqramı və Qəzzada atəşkəs planı təşkil edib. Netanyahu bu görüşdə ABŞ-ın İranla apardığı danışıqların dairəsini genişləndirməyə çalışır. İsrail tərəfi tələb edir ki, hər hansı bir saziş yalnız nüvə fəaliyyətlərini deyil, həm də Tehranın ballistik raket arsenalını və regiondakı proksi qüvvələrinə verdiyi dəstəyi də əhatə etməlidir. Netanyahu ABŞ-ı İranın vədlərinə güvənməməyə çağırıb.

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani Oman Sultanlığına səfər etdiyi bir vaxtda, Tehran diplomatik səylərə qarşı "dağıdıcı təzyiq və təsirlər" barədə xəbərdarlıq edib. Bu xəbərdarlıq İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-İran danışıqlarına fokuslanacağı gözlənilən Vaşinqton səfəri ərəfəsinə təsadüf edir.

İsrailin baş naziri Benyamin Netanyahu bu həftə Vaşinqtona səfər edərək ABŞ prezidenti ilə İranla aparılan nüvə danışıqlarının daha geniş çərçivəyə salınmasını müzakirə etməyi planlaşdırır. Məlumata görə, İsrail tərəfi uzun müddətdir ki, İranın uranın zənginləşdirilməsini tam dayandırmasını, ballistik raket imkanlarını məhdudlaşdırmasını və regiondakı silahlı qruplarla əlaqələrini kəsməsini tələb edir. İran isə bu tələbləri rədd edərək yalnız sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramı üzrə məhdudiyyətləri müzakirə edə biləcəyini bildirib.

ABŞ vitse-prezidenti Cey di Vans bəyan edib ki, İranla hər hansı danışıqlarda "qırmızı cizgilərin" haradan keçməsinə dair yekun qərar müstəsna olaraq prezident Donald Trampa məxsusdur. Hazırda Ağ Ev daxilində İranla bağlı iki fərqli cəbhə formalaşıb. "Şahinlər" adlanan qrup Tehranın nüvə və raket potensialını darmadağın etmək üçün qətiyyətli hərbi zərbələrin tərəfdarıdır. Bu cəbhəyə Müdafiə naziri Pit Heqset və Dövlət katibi Marko Rubio başçılıq edir. Digər tərəfdə isə diplomatik yolla razılaşma əldə etməyə çalışan və hərbi gücü yalnız təzyiq vasitəsi kimi görən "Göyərçinlər" qrupu yer alır. Bu qrup prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner tərəfindən təmsil olunur.

Keçən ay Macarıstanın Baş naziri Viktor Orban Avropadakı ifrat sağçı müttəfiqlərindən seçki kampaniyası üçün güclü bir dəstək aldı. İtaliyanın Baş naziri Corcia Meloni, Serbiya Prezidenti Aleksandr Vuçiç, həmçinin Fransanın "Milli Birlik", Almaniyanın "AfD", İspaniyanın "Vox" və Avstriyanın "Azadlıq" partiyalarının rəhbərləri ona koordinasiyalı şəkildə dəstək nümayiş etdirdilər. Bu dəstəyə İsrailin Baş naziri Benyamin Netanyahu da qoşularaq, əvvəlcədən yazılmış video müraciətində Orbanı təriflədi və onun öz ölkəsini, xalqını qorumaq üçün "möhkəmliyə, cəsarətə və müdrikliyə" sahib olduğunu vurğuladı.

İsrailin Baş naziri Benyamin Netanyahunun cümə axşamı günü dərc etdiyi və Dövlət Müfəttişinə (Ombudsman) "Həmas"ın 7 oktyabr 2023-cü il hücumu ilə bağlı araşdırma çərçivəsində təqdim etdiyi cavabları ehtiva edən tam sənəd ətrafında reaksiyalar getdikcə kəskinləşir. Netanyahu bu sənəddə hücumun qarşısını ala bilməməkdə günahı öz siyasi rəqibləri və təhlükəsizlik rəhbərlərinin üzərinə ataraq, öz məsuliyyətini minimuma endirməyə çalışıb.

ABŞ Qəzza sektoru üzrə Sülh Şurası liderlərinin görüşünü fevralın 19-da Vaşinqtonda keçirməyi planlaşdırır. Nəşrdə bildirilib ki, ABŞ rəsmisinin və Qəzza üzrə Sülh Şurasına daxil olan dörd ölkənin diplomatlarının sözlərinə görə, Ağ Ev şura liderlərinin görüşünü fevralın 19-da keçirməyi nəzərdə tutur. Portalın məlumatına əsasən, görüş ABŞ Sülh İnstitutunda (USIP) baş tuta bilər. Sözügedən institut daha əvvəl ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılıb. İlk görüşdən bir gün əvvəl Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında danışıqların aparılması gözlənilir.

İran Prezidenti Məsud Pezeşkian, ölkədə baş verən etirazların şiddət hadisələrinə çevrilməsi ilə bağlı ciddi açıqlama verdi. Pezeşkian iddia edib ki, ABŞ Prezidenti Donald Tramp, İsrail Baş Naziri Benyamin Netanyahu və bəzi Avropa ölkələri etirazlar zamanı müəyyən şəxsləri silahlandıraraq şiddət hadisələrinə səbəb olublar.

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəyini bəyan edib və ölkəsinin təhlükəsizlik nəzarətini İordan çayından Aralıq dənizinədək saxlayacağını bildirib. Netanyahu yanvarın 27-də keçirdiyi mətbuat konfransında Qəzzada Fələstin dövlətinin qurulması ilə bağlı yayılan iddiaları qəti şəkildə rədd edib. O bildirib ki, bu cür bir ssenari nə baş verib, nə də baş verəcək. Baş nazirin sözlərinə görə, İsrail təhlükəsizlik nəzarətini İordan çayından Aralıq dənizinədək, o cümlədən Qəzza zolağında davam etdirəcək.

Hizbullah və İsrail arasındakı son münaqişədən sonra Livanın "silah üzərində dövlət monopoliyasını" tətbiq etmək səyləri artıq təkcə Livanın daxili işi hesab olunmur. Bu ilin ilk günündə Livan Nazirlər Kabineti ordunu silah üzərində inhisarı "mümkün qədər tez" təmin etməyə çağırdıqda və prezident Cozef Aun bu hədəfi "müharibə və sülh qərarlarının" yenidən dövlətin əlinə qaytarılması kimi xarakterizə etdikdə, İraq siyasətində tanış bir ton eşidilməyə başladı: Sürətlə siyasi təzyiq rıçaqına çevrilə biləcək suverenlik şüarı.

Suriya hakimiyyəti ölkənin cənubunda druzların sıx yaşadığı Cəbəl əl-Ərəb (Süveyda) bölgəsinə nəzarəti bərpa etmək üçün ABŞ-la koordinasiyalı şəkildə hərəkət edir. Məlumata əsasən, hərbi məsələlərlə maraqlanan suriyalı rəsmi bildirib ki, Suriya hökuməti Prezident Əhməd əş-Şəraanın Süveyda vilayətinə nəzarəti bərpa etməsi istiqamətində atdığı addımların ABŞ tərəfindən koordinasiya edildiyi və dəstəkləndiyi qənaətindədir. Onun sözlərinə görə, Dəməşq hələlik Süveydaya yenidən daxil olmaqla bağlı yekun qərar verməyib və bu prosesin “tez ya gec, mümkün qədər dialoq və qarşılıqlı anlaşma yolu ilə” baş verəcəyi gözlənilir.

Bilindiyi kimi,İsraildə parlament seçkiləri payızda keçirilməlidir. Lakin əgər parlament (Knesset) 2026-cı ilin dövlət büdcəsini martın 31-nə qədər təsdiqləyə bilməsə, hökumət qanunauyğun olaraq avtomatik şəkildə buraxılacaq. İsrail hökuməti büdcə layihəsini qanunu pozaraq iki aylıq gecikmə ilə Knessetə təqdim edib ki, bu da onun qəbul edilmə şansı ilə bağlı geniş şübhələr yaradır.

Bir neçə amerikalı rəsmisinin bölgəyə səfəri ilə eyni vaxtda İsrail İran məsələsində susqunluğunu qorumağa davam edir. Ehtimallara görə, İsrail pərdə arxasında ABŞ-ı Tehrana qarşı hökumətin devrilməsi ilə nəticələnəcək genişmiqyaslı hücuma sövq etməyə çalışır. Qeyri-rəsmi proqnozlar isə bu hücumun ehtimalı barədə fərqlidir.

ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin müşaviri Cared Kuşner Qəzza zolağının gələcəyi və regional prosesləri müzakirə etmək məqsədilə İsraildə səfərdədir. Mənbələrin bildirdiyinə görə, Stiv Uitkoff və Cared Kuşner İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşmək üçün bu gün ölkəyə gəliblər. Görüşün əsas gündəmini Qəzza zolağında mövcud vəziyyət, müharibədən sonrakı mərhələ və ABŞ tərəfindən irəli sürülən yeni təşəbbüslər təşkil edir. Netanyahu ofisinin sözçüsü görüşün keçiriləcəyini təsdiqləsə də, danışıqların detalları açıqlanmayıb.

ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda “Sülh Şurası” adlı yeni beynəlxalq təşəbbüsün rəsmi olaraq fəaliyyətə başladığını açıqlayıb. Davosda keçirilən imzalanma mərasimində 19 ölkədən liderlər və yüksək vəzifəli rəsmilər “Sülh Şurası”nın təsis nizamnaməsinə imza atıblar. Trampın sədrlik etdiyi quruma üzvlük üçün daimi üzvlərdən 1 milyard dollar məbləğində ödəniş tələb olunur. ABŞ prezidenti mərasim zamanı çıxış edərək bildirib ki, Şuraya qoşulan liderlər “əksər hallarda çox populyar, bəzi hallarda isə o qədər də populyar olmayan” şəxslərdir.