Axtarış nəticələri "Qəzza" (2774)

"Al Baraka Azerbaijan" təşkilatının könüllüləri Qəzza zolağında həyata keçirdikləri humanitar aksiya çərçivəsində 300 nəfərə isti yemək paylayıblar. Aksiyanın 23 iyul 2025-ci il tarixində baş tutduğu və Layihə №625 çərçivəsində reallaşdırıldığı bildirilib. Təşkilatın yaydığı açıqlamada bu təşəbbüsün məqsədinin müharibədən əziyyət çəkən Qəzza əhalisinə dəstək vermək olduğu qeyd olunub.

23 İyul tarixi dünya tarixində bir sıra önəmli hadisələrlə yadda qalıb. Bu gün baş vermiş əsas hadisələrin xronoloji xülasəsini təqdim edirik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi”nin (IDEF 2025) açılış mərasimində çıxış edərək, Qəzza zolağında yaşanan humanitar fəlakətə diqqət çəkib və beynəlxalq ictimaiyyəti bu vəhşiliyə səssiz qalmamağa çağırıb.