Kuba hökuməti bazar ertəsi AFP-yə verdiyi açıqlamada ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə "ünsiyyətdə" olduqlarını, lakin rəsmi danışıqların hələ başlamadığını bildirib. Xarici işlər nazirinin müavini Karlos Fernandez de Kossio müsahibəsində qeyd edib ki, hazırda tərəflər arasında tammiqyaslı dialoqdan söz açmaq mümkün olmasa da, iki hökumət arasında müəyyən əlaqə kanalları mövcuddur. Bu açıqlama Donald Trampın bazar günü verdiyi bəyanatdan sonraya təsadüf edir. Tramp ABŞ-ın Kubanın "ən yüksək səviyyəli rəsmiləri" ilə danışıqlar apardığını və tezliklə bir razılaşma əldə olunacağını gözlədiyini iddia etmişdi. De Kossio isə ölkəsinin humanitar böhranın qarşısını almaq üçün dialoqa hər zaman açıq olduğunu təkrar vurğulayıb.
Axtarış nəticələri "Donald Tramp" (2330)
ABŞ Ədliyyə Nazirliyinin ötən cümə günü Jeffrey Epşteyn işi ilə bağlı milyonlarla yeni sənədi ictimaiyyətə açıqlamasından sonra qalmaqallı iddialar beynəlxalq gündəmi silkələməkdə davam edir. Gizliliyi ləğv edilən materiallarda bir sıra nüfuzlu siyasətçilər, iş adamları və kral ailələrinin üzvləri ilə yanaşı, ABŞ Prezidenti Donald Trampın da adının keçməsi diqqət çəkib.
Donald Tramp Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığından sonra açıqlama verərək, rəsmi Dehlinin Rusiyadan neft idxalını dayandırmağa razılıq verdiyini bildirib. Trampın sözlərinə görə, tərəflər görüş zamanı ikitərəfli ticarət, gömrük tarifləri və regional məsələləri müzakirə ediblər. ABŞ prezidenti qeyd edib ki, Modi Rusiyadan neft alışını dayandırmağa və ABŞ-dan, eləcə də ehtimal ki, Venesueladan daha çox neft almağa razılaşıb.
Rusiya ordusunun Ukraynanın enerji infrastrukturuna hücumları bərpa etməsi nəticəsində bir sıra bölgələrdə elektrik enerjisinin verilişi dayandırılıb.Ukraynanın energetika nazirinin birinci müavini Artyom Nekrasovun açıqlamasına görə, hücumlar nəticəsində Xarkov, Sumı, Dnepropetrovsk və Çerkası vilayətlərində istehlakçılar işıqsız qalıb. Bundan əlavə, əlverişsiz hava şəraiti səbəbindən Odessa, Nikolayev və Kirovoqrad vilayətlərində 160-dan çox yaşayış məntəqəsində elektrik enerjisinin verilişi bərpa olunmayıb.
İclas prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə prezident kompleksində – Beştəpədə keçirilib. İclasın əsas gündəm mövzusu xarici siyasət məsələləridir. Xüsusilə ABŞ ilə İran arasında artan gərginlik Nazirlər Kabinetində əsas müzakirə predmeti kimi ön plana çıxır. Məlumata görə, Ankara uzun müddətdir iki ölkə arasında mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə vasitəçilik səyləri göstərir. Bu çərçivədə prezident Ərdoğan daha əvvəl ABŞ prezidenti Donald Tramp və İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı apararaq tərəfləri gərginliyi azaltmağa çağırıb.
İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə nüvə məsələsi üzrə danışıqların yenidən başlanması barədə rəsmi göstəriş verib. Tasnim agentliyinə danışan mənbələr isə danışıqların böyük ehtimalla İran xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff səviyyəsində aparılacağını qeyd edib.
İsrail və ABŞ mediası İrana qarşı mümkün hərbi müdaxilənin Türkiyənin fəal diplomatik vasitəçilik təşəbbüsləri nəticəsində təxirə salındığını yazır. Məlumata görə, Türkiyə ABŞ-ın İrana qarşı mümkün hücumlarının qarşısını almaq üçün diplomatik kanalları aktivləşdirib. Rəcəb Tayyib Ərdoğan əvvəlcə ABŞ Prezidenti Donald Tramp, daha sonra isə İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Bu intensiv təmaslardan sonra Türkiyənin də daxil olduğu üçtərəfli sammit ideyası gündəmə gəlib.
ABŞ Prezidenti Donald Tramp bazar günü İranın Ali Rəhbəri Əli Xameneinin İslam Respublikasına hər hansı hücumun regional müharibəyə səbəb ola biləcəyi barədə xəbərdarlığından sonra İranla razılaşmaya ümid etdiyini bildirib. Tramp Xameneinin xəbərdarlığını əhəmiyyətsiz kimi qiymətləndirib və Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərə: "Əlbəttə, o belə deyəcək. Ümid edirik ki, razılaşmaya nail olacağıq. Əgər bu baş verməzsə, o zaman onun haqlı olub-olmadığını öyrənəcəyik".-deyə bildirib.
Amerika Birləşmiş Ştatlarının İrana qarşı hərbi hücum həyata keçirmə ehtimalı Livan, İraq və Yəməndəki Tehran müttəfiqi olan fraksiya və qüvvələrin xəbərdarlıq dalğasına səbəb olub. Onlar İrana dəstək vermək və regional qarşıdurmanın miqyasını genişləndirmək imkanını nümayiş etdiriblər. Eyni zamanda "Maariv" qəzeti yazıb ki, "İsrail şərq sərhədləri vasitəsilə İran müttəfiqlərindən gələ biləcək potensial hücuma hazırlaşır".
Bu məqalə İranın Ali Rəhbəri Əli Xameneinin ABŞ ilə artan gərginlik fonunda etdiyi sərt xəbərdarlıqlar və ölkədəki etirazları "dövlət çevrilişi" cəhdi kimi qiymətləndirməsindən bəhs edir. Mətndə Avropa İttifaqının İran İnqilab Keşikçiləri Korpusunu (Sepah) terror təşkilatı elan etməsi və İran parlamentinin buna qarşılıq olaraq Avropa ordularını eyni statusda tanıması gərginliyi əks olunur. H
Bəzilərinin Binyamin Netanyahuya verdiyi "İsrailin tacqoyulmamış kralı" ləqəbi boş yerə yaranmayıb. Bu, həmin şəxsin öz cəmiyyətinin təbiətini və oradakı hakim siyasi elitanı ən yaxşı anlayan İsrail siyasətçisi olması həqiqətindən qaynaqlanır. O, bütün rəqiblərini manipulyasiya etmək, daxili və xarici arenada özünü qəbul etdirmək üçün qeyri-adi qabiliyyət nümayiş etdirib. Baxmayaraq ki, o, dövlətinin və ya xalqının mənafeyini deyil, daha çox şəxsi maraqlarını güdür və toxunulmazlığını qoruyaraq, İsrail qanunlarına görə baş nazirə verilən toxunulmazlıqdan məhrum olacağı təqdirdə həbsxanaya girməmək üçün hər şeyi edir.
Vaşinqton Əfqanıstan, İraq və Yəməndən sonra indi də İranı xarabalığa çevirməyəmi hazırlaşır? İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin yeni komandanı general Məcid Musəvi ABŞ-ə ciddi xəbərdarlıq edib və deyib ki, “Tramp həddindən artıq çox danışır, lakin biz ona döyüş meydanında cavab verəcəyik”.
ABŞ Prezidenti Donald Tramp bazar günü (1 fevral 2026-cı il) bəyan edib ki, Hindistan artıq İran nefti yerinə Venesuela nefti satın alacaq. Bu açıqlama Vaşinqtonun qlobal enerji xəritəsini yenidən cızmaq və İranın gəlir mənbələrini tamamilə kəsmək istiqamətindəki növbəti addımı kimi qiymətləndirilir.
İran mediasına danışan Bəndər-Abbas şəhər yanğınsöndürmə idarəsinin rəisi Məhəmməd Əmin Liyağət bildirib ki, ilkin araşdırmalara əsasən, binada qaz sızması və qazın toplanması nəticəsində partlayış baş verib. Onun sözlərinə görə, hadisə şəhərin Müəllim prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb və sakinlər dərhal təxliyə edilib.
ABŞ-da Miqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) əleyhinə etiraz aksiyalarını işıqlandıran jurnalistlərin saxlanılması ölkədə mətbuat azadlığı ilə bağlı narahatlıqları artırıb. Yanvarın 30-da Jurnalistlərin Müdafiəsi Komitəsi sabiq CNN aparıcısı Don Limon və müstəqil jurnalist Corciya Fortun Minnesota ştatında saxlanıldığını açıqlayıb. Onlara ICE əleyhinə etiraz aksiyaları ilə bağlı reportajlara görə ağır cinayətlər maddəsi ilə ittiham irəli sürüldüyü bildirilib. Təşkilat baş verənləri ABŞ-da mətbuata qarşı təzyiqlərin ciddi şəkildə artmasının göstəricisi kimi dəyərləndirib və jurnalistlərin cinayət təqibinin peşə fəaliyyəti ilə birbaşa əlaqəli olduğunu vurğulayıb.
Maks Veberin "Dəmir Qəfəs" termini müasirliyin çıxılmaz vəziyyətini təsvir etmək üçün hələ də ən uyğun sosioloji metaforadır. Burada rasional sistemlər fərdi və institutu qaçılmaz şəkildə mühasirəyə alır, dünyanı öz cazibəsindən məhrum edərək onu sərt qayda və qanunların məntiqinə tabe edir. Bu uzaqgörən baxışdan bir əsr keçdikdən sonra, Veberçi konsepsiya ABŞ-dakı siyasi İslam cərəyanının üzləşdiyi vəziyyəti təsvir etmək üçün ən dəqiq, bəlkə də yeganə analiz alətidir.
Kim Çen In (김정은, 金正恩) 8 yanvar 1982-ci ildə Koreya Xalq Demokratik Respublikasında, Pxenyanda anadan olub. O, Şimali Koreyanın siyasi, dövlət, hərbi və partiya xadimidir. Kim 2016-cı ildən KXDR Dövlət Şurasının sədridir və 2019-cu ildə bu vəzifəyə yenidən seçilib. Kim Çen In hakimiyyətə gəlməzdən əvvəl nadir hallarda ictimaiyyət qarşısında görünürdü. O, 2011-ci ildə atası Şimali Koreya lideri Kim Çen İri əvəzləyib. Kim Çen Inın hakimiyyəti raket və nüvə silahlarının davamlı inkişafı, kosmik peyklərin buraxılması, iqtisadi islahatlar, Çin Xalq Respublikası ilə dostluq əlaqələrinin inkişafı, eləcə də Cənubi Koreya və Qərb ölkələri ilə münasibətlərdə dalğalanmalarla yadda qalıb.
ABŞ-ın Kubaya qarşı iqtisadi təzyiqləri artdıqca ölkə əhalisi gündəlik həyatda ciddi çətinliklərlə mübarizə aparmağa məcbur qalır. Xüsusilə yanacaq qıtlığı vəziyyəti daha da ağırlaşdırıb. Əvvəlcə Venesuela, sonra isə Meksika Kubaya neft tədarükünü dayandırıb. ABŞ prezidenti Donald Tramp isə Kubanı neftlə təmin edən ölkələrə qarşı rüsum tətbiq ediləcəyini açıqlayıb.
ABŞ-nin Prezidenti Donald Tramp bu ilin yay aylarında Ağ Evdə təşkil olunacaq Mütləq Döyüşçü Çempionatının (UFC) hazırlıqları ilə bağlı bəzi təfərrüatları açıqlayıb. “Biz həqiqətən inanılmaz bir tədbir təşkil etməyi planlaşdırırıq. Bu, ABŞ-nin 250 illiyi ilə bağlı olacaq. Bildiyiniz kimi, UFC Ağ Evə gəlir. Onlar sözün əsl mənasında stadion inşa edirlər. 100 mindən çox tamaşaçımız olacaq”, – deyə Tramp bildirib.
İran Prezidenti Məsud Pezeşkian, ölkədə baş verən etirazların şiddət hadisələrinə çevrilməsi ilə bağlı ciddi açıqlama verdi. Pezeşkian iddia edib ki, ABŞ Prezidenti Donald Tramp, İsrail Baş Naziri Benyamin Netanyahu və bəzi Avropa ölkələri etirazlar zamanı müəyyən şəxsləri silahlandıraraq şiddət hadisələrinə səbəb olublar.
ABŞ Prezidenti Donald Tramp son açıqlamasında, Tehrana qarşı artan təzyiqlər fonunda hərbi müdaxilədən qaçmağa "ümid etdiyini" bildirib. Bu gərginlik, Avropa İttifaqının (Aİ) İrana qarşı yeni sanksiyalar tətbiq etməsi və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "terror təşkilatı" siyahısına salmasından sonra daha da kəskinləşib.
Yaxın Şərqdə hərbi ritorikanın pik həddə çatdığı, ABŞ Prezidenti Donald Trampın İranı birbaşa hərbi zərbələrlə hədələdiyi bir şəraitdə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) regionun müharibə alovuna bürünməməsi üçün strateji diplomatik həmlə edib. AzerVoice xəbər verir ki, cümə günü BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığı, Əbu-Dabinin regionda "sabitlik daxılı" rolunu oynamaq əzmini nümayiş etdirir.
ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin yeni sədri postuna namizədini elan edib. ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) sədri vəzifəsinə keçmiş FED İdarə Heyətinin üzvü Kevin Uorşu namizəd göstərib. Müvafiq açıqlama Ağ Ev tərəfindən 30 yanvar 2026-cı il tarixində yayılıb. Məlumata görə, Kevin Uorş əvvəllər FED-in İdarə Heyətində fəaliyyət göstərib və monetar siyasət, maliyyə bazarlarının tənzimlənməsi, bank nəzarəti sahəsində təcrübəyə malikdir. Tramp administrasiyası Uorşun maliyyə sabitliyi və iqtisadi artım baxımından mühüm rol oynaya biləcəyini vurğulayır.
ABŞ Prezidenti Donald Tramp İranda etirazçılar arasında ölənlərin və həbs olunanların sayının artması fonunda onları dəstəkləmək üçün hərbi gücdən istifadə edəcəyi ilə hədələyib. O bildirib ki, Yaxın Şərq sularına "müqəddəs gücə" (great power) malik bir donanma göndərib və bu, Prezident arzulayacağı təqdirdə ABŞ-ı İrana zərbə endirmək üçün tam hazır vəziyyətə gətirir.