Bakı,AzerVoice
İslam tarxi mənbələrində "Tərcümanu'l-Kur'an" adı ilə tanınan
səhabələ, Abdullah ibn Abbasdır, o Məhəmməd peyğəmbərin əmisi
Abbasın oğludur. Abdullah ibn Abbasın nə vaxt doğulduğu dəqiq
bilinməsə də, hicrətdən üç il əvvəl Məkkədə Şi'b-i Əbi Talibdə
müsəlmanların iqtisadi və sosial mühasirə və təzyiq altında olduğu
bir vaxtda dünyaya gəldiyi məlumdur.
Onun anası Ummul-Fədl Lübabe binti əl-Harisdir və o, peyğçmbərin
zövzələrindən biri olan, Meymunənin bacısıdır.
Ummul-Fədl Lübabe binti əl-Harisdir qadınlar arasında Xədicədən
sonra İslamı qəbul edənlərdəndir.
Atası Abbas, Abdullah dünyaya gələn kimi onu onu Peyğəmbərin
hüzuruna apardı və Rəsulullah onu qucağına alıb dedi: "Allahım! Onu
dinin fəqihindən et. Kitabın izahını ona öyrət".
İslamın yayıldığı və hakim olduğu Mədinə cəmiyyətində böyüyən
Abdullah tam İslami təhsil və elm almışdır.
Abdullah ibn Abbas gəncliyində Peyğəmbər bir neçə dəfə onun başını
sığallayıb dedi: "Allahım! Bütün elm və hikməti bu başa ver, ona
təvil və təfsir öyrət. Allahım! Bəşəriyyətə verdiyin bütün elmi və
hikməti onun sinəsinə yığ."
Dolayısıyla Abdullah daima Rəsulullahın yanında idi və ondan çoxlu
ilham və elm alırdı.
Abdullah hicrətin səkkizinci ilinə qədər ailəsi ilə birlikdə
Məkkədə qaldı. O, Məkkənin fəthi günü, Huneyn və Taif döyüşlərində
və Vida həccində Allah Rəsulunun yanında idi. Məkkənin fəthindən
sonra ailəsi ilə birlikdə Mədinəyə hicrət etdi.
Birinci xəlifə Əbu Bəkr və ondan sonra xəlifə Ömərin iclaslarında
iştirak etmiş, bir çox səhabədən dərs və məlumat almışdır.
O üçüncü xəlifə Osmanın şəxsiyyətinə çox bağlı idi və dövründə
dövlət səviyyələrində toplantılarda iştirak etmişdi, Abdullah İbn
Əbis-Sərhlə birlikdə Afrika səfərində və daha sonra şərqdə
Təbəristanın fəthində iştirak etmişdi.
O, hicrətin 35-ci ilində Həcc əmiri olmuşdur. Abdullah xəlifə
Osmanın şəhadətindən əvvəl evinin ətrafında keşik çəkən və
xəlifənin üsyançılardan müdafiəsinə qalxan böyük səhabə övladları
ilə birlikdə idi.
Daha sonra xəlifə Əlinin xilafəti dövründə də dövlətdə mühüm
vəzifələrdə çalışıb. Cəməl və Siffin müharibələrində Hakim
hadisəsində xəlifə Əlinin yanında yer alıb.
O eyni zamanda bölgədə üsyan qaldıran xavariclərin bu qiyamını
yatırtdı və ictimai asayişi qoruya bildi.
Bəsrə valiliyi dövründə ona atılan böhtanlara dözməyərək işini
qoyub Məkkəyə getdi və ömrünün sonuna qədər burada elmlə məşğul
oldu.
Müaviyənin vəfatından sonra xəlifə Əli və Hüseyn tərəfdarları
tərəfindən Kufəyə dəvət olunduqda özü getməmiş və Hüseynə
xəbərdarlıq edərək getməsinə mane olmağa çalışsa da, buna nail ola
bilmədi.
Abdullah ibn Abbas İslam tarixində siyasi fəaliyyətindən daha çox
elmi və sağlam şəxsiyyəti ilə tanınır.
Əsri-səadətdə (Peyğəmbər zamanı) gənc olduğu üçün Rəsulullahın və
xüsusilə bibisi Hz. Meymunənin hücrəsinə asanlıqla girib-çıxar,
digər səhabələrin bilmədiyi və əvvəlcə öyrənməyə fürsət tapa
bilmədiyi mövzuları öyrənərdi.
Bu səbəbdən hədis, təfsir və fiqh elmlərini mükəmməl bilməsi ilə
tanınır. O eyni zamanda Quran, təfsir və fiqhlə yanaşı ərəb
ədəbiyyatı sahəsində də geniş biliyə malik idi.
Onun haqqında “O, Quranın tərcüməçisi, təfsirçilərin sultanıdır”
deyilirdi. Elminin genişliyinə görə “ümmətin alimi, elm dənizi”
kimi ləqəblərlə tanınırdı.
Əhməd ibn Hənbəlin nəql etdiyi bir hədisdə Peyğəmbərin Abdullahın
elmini təriflədiyi bildirilir.
Abdullah İbn Ömər ona soruşulan suala cavab verə bilmədiyi
təqdirdə, insanların bu sualı İbn Abbasdan soruşulmasını və
cavabını da ona bildirməsini istəyirdi.
Böyük əxlaq sahibi olan, Abdullah ibn Abbas İslam anlayışına və
ədəbinə görə yaşlı səhabələrin olduğu məclis yerlərində onların
danışıb fikirlərini bildirmədikcə heç vaxt danışmaz və söz almağı
özünə uyğun görməzdi.
Xəlifə Ömər bir gün onu çağırıb Nəsr surəsinin təfsiri haqqında nə
düşündüyünü soruşmuşdu.
Abdullah ibn Abbas ona verilən suallara cavab vermək üçün əvvəlcə
Qurana nəzər salar, cavab tapa bilmədikdə isə bu mövzuda
Rəsulullahdan məlumat olub-olmadığını araşdıratdı. Xəlifə Əbu Bəkr
və Ömərin ictihad və izahlarına baxıb əsas götürər, əks halda öz
ictihadı ilə bir həll yolu tapardı.
ibn Abbas Peyğəmbərdən, səhabələrdən və öz ictihadından gələn
təfsir elmi kitaba çevirməmişdir.
Zamanımıza qədər gəlib çatan və İbn Abbasa məxsus olduğu deyilən
“Tənviru’l-Mikbas min Təfsir İbn Abbas” adlı təfsirin ona məxsus
olub-olmaması araşdırılması lazım olan bir məsələdir.
Abdullah İbn Abbasın təfsir rəvayətləri alimlərdın Firuzabadi
tərəfindən toplanıb bir araya gətirilərək yuxarıdakı adla nəşr
edilmişdir.
Şəxsiyyət olaraq İbn Abbasın son dərəcə intizamlı və nizamlı bir iş
sistemi vardı. İşlərini müəyyən bir plan çərçivəsində dəqiqliklə
nizamlayırdı. Həftənin müəyyən günlərində geniş xalq kütlələri
qarşısında din elmlərindən mühazirələr oxuyur, dini elmlərdən başqa
ərəb dili, şeir və ədəbiyyatdan da ətraflı çıxışlar edirdi.
Xəlifə Osman dövründə elmi araşdırmaları ilə yanaşı, İslam ordusu
adından səfir və təmsilçi olaraq Afrika səfərində iştirak
etmişdir.Afrikadakı Bizans baş qubernatoru Georgios və adamları ilə
elmi müzakirələr aparıb. Georgios və ətrafındakılar onun ağlını,
zəkasını, təfəkkür qüdrətini və bilik qüdrətini görərək: “Bu adam
ərəblərin ən dərin alimidir”. nəticəsinə gəlmişdilər.
Komandirlik, səfirlik və valilik kimi dövlətin yüksək səviyyəli
siyasi vəzifələri ilə yanaşı, elminin üstünlüyü və dərinliyi ilə
Peyğəmbərin səhabələri xəlifə Ömər və Osman tərəfindən yüksək
təriflə qarşılanırdı Abdullah. Buna baxmayaraq o olduqca təvazökar
idi.
Çox təriflənəndə təvazökarlıq edib deyir: "Bu neməti mənə əta edən
Allahdır. Rəsulullah mənim üçün dua etdi, elm və hikmətə
yalvardı"-deyərdi.
İslam tarixində Qəribü'l-Quran (ərəbcə olmayan, eşidilməyən,
naməlum, ərəb dilində Quranda qonşu dillərdən götürülmüş) haqqında
şərhlər və onlar haqqında ən mötəbər rəvayətlər İbn Abbasa
aiddir.
Yenə Müşkilü'l-Quran (Quranın dərinliklərinə girmək, çətinlikləri
tapmaq, həll etmək və aradan qaldırmaq) mövzusu ilə ilk məşğul olan
İbn Abbasdır.
Peyğəmbərimizdən 1660 hədis nəql etmişdir. O, fiqh elminin əsasını
təşkil edən şəxslərdəndir; Onun cildləri dolduran fətvaları fiqh
elminin ən möhkəm təməllərindəndir.
Məkkədə yetişmiş bir çox fəqihlər onun vasitəsi ilə təhsil
almışlar. Bu səbəbdən Məkkə təfsir məktəbinin banisinin ibn Abbas
olduğu deyilir.
Abdullah ibn Abbasın rəvayət etdiyi bəzi
hədislər:
“Qurana hörmət Bismillahla oxumaqla başlamaqdır, Quranın açarı
“Bismillah kəliməsidir”.
“Öyrət, müjdə ver, çətinləşdirmə.”
"Əgər ümmətimin iki təbəqəsi xeyirxah olsa, bütün insanlar haqlı
olar. Bunlar fəsad törətsələr, insanlar da fəsad törədərlər. Bu iki
təbəqə başçı və alimlərdir."
“Kim Quranı öz iradəsinə (nöqteyi-nəzərinə) görə təfsir edərsə,
Cəhənnəmdə özünə yer hazırlasın”.
“Kim tövbə etməyə və istiğfar etməyə davam edərsə, Allah hər bir
sıxıntıdan, hər darlıqdan rahatlıq verər və ona gözləmədiyi yerdən
ruzi verər.
“Sirkə balı xarab etdiyi kimi, pis əxlaq da işləri korlayır”.
"Qəzəblənəndə sus."
"Eşitmək görmək kimi deyil."