Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Din

    İraq fiqh məktəbinin yaranmasına zəmin yaradan səhabə

    16 İyul 2024 06:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    O, İslam fiqh tarixində açıq-aşkar müddəası olmayan məsələlərdə ilk dəfə səsvermə yolu ilə hökm verən və gələcəkdə İraq məktəbinin yaranmasına zəmin yaradan bir səhabədir.

    Əsl adı Əbu Abdirrahman Muaz ibn Cəbəl ibn Amr əl-Ənsari olan və peyğəmbərin səhabəsi olan Muaz hicrətdən on səkkiz il əvvəl (miladi 603) Mədinədə anadan olub.

    Bəzi mənbələrdə onun hicrətdən 20 il öncə doğulduğu və nəslinin Həczər və Cuşem oğullarına bağlı olduğu da deyilir.

    Həzrəc oğullarının Bəni Udey qolundan olan atasının vəfatı ilə anası Hind binti Sehl Mədinə ətrafında yaşayan və xəsisliyi ilə tanınan Beni Səlimə oğullarının başçısı Cuheyne Ced Kays ilə evlənir.

    Muaz on səkkiz yaşında ikən müsəlman oldu və İkinci Əqəbə beyətində iştirak etdi.

    Öz qəbiləsindən İslamı qəbul edən dostları ilə birlikdə hələ müsəlman olmayan Bəni Səlimə oğullarından bəzilərinin bütlərini sındırır və ya bütlərin acizliyini ortaya çıxaracaq hərəkətlər edirdi.

    Mədinəyə hicrətdən sonra Abdullah ibn Məsudla onun arasında qardaşlıq bağı quruldu. O vaxt Həbəşistanda olan Cəfər ibn Əbu Taliblə qardaş olması barədə məlumatlar doğru deyil.

    O, Huneyn və Taifdən başqa bütün döyüşlərdə, xüsusilə Bədr döyüşündə iştirak etdi və öz qəbiləsinin bayraqdarı və nümayəndəsi oldu. Rəsulullah Məkkənin fəthindən sonra Huneyn müharibəsinə gedərkən onu əvvəlcə əmir, sonra isə Quran və dini elmlər müəllimi təyin etdiyi üçün Huneyn və Taif müharibələrində iştirak edə bilmədi.

    Hicrətin 9-cu ilində (avqust 630) Peyğəmbər Əbu Musa əl-Əşari ilə birlikdə elçi, zəkat məmuru və qazi kimi Muazı Yəmənə göndərdi.

    Muazı Yəmənə gedən heyətin başçısı təyin etdi və onun Yuxarı Yəməndə ( o vaxtkı inzibati bölgü) , Əbu Musanın isə Aşağı Yəməndə xidmət etməsini istədi. Haris ibn Muazla Əbdülkulala məktub göndərdi.

    Muazın Yəməndə qazi olduğu müddətdə necə qərar verəcəyi ilə bağlı Allah Rəsulu ilə söhbəti məşhurdur.

    Rəsulullahın suallarını cavablandıran Muaz əvvəlcə Allahın kitabı ilə hökm verəcəyini, əgər Quranda axtardığı dəlili tapa bilməsə, peyğəmbərin sözlərinə, əgər orada da tapa bilməsə öz fikrinə görə hökm edəcəyini dedi.

    Muaz ibn Cəbəl Yəməndə Bəni Bəkrə qəbiləsindən olan qadınla evlənir. O Yəməndə özünü “peyəğmbər” elan edən Əsvəd əl-Ansinin ortadan qaldırılmasında mühüm rol oynayır və peyğəmbərin vəfatından sonra Mədinəyə qayıdır.

    Muaz, xəlifə Əbu Bəkrin dövründə Suriyanın fəthlərində iştirak etmək üçün xəlifədən icazə istəyir. Hz. Ömər elminə ehtiyac olacağını əsas gətirərək ona icazə verilməməsini təklif etsə də, xəlifə Əbu Bəkr şəhid olmaq istəyən kimsənin qarşısını almağa haqqı olmadığını bildirərək ona icazə verdi.

    Muaz Yərmuk və Ecnadeyn müharibələri ilə Dəməşqi fəth etdi və burada mühüm vəzifələr aldı. O, Ecnadeyn döyüşündə ordunun sağ qanadına komandanlıq etdi.

    Xəlifə Ömər xilafətə gəldiyi zaman Suriya ordusunun komandanı Əbu Ubeydə ibn Cərrahla ona məktub yazdı. Əbu Ubeydə vəba xəstəliyində öldüyü zaman Muaz ordunun başına keçdi.

    Daha sonra bəzi səhabələrlə birlikdə Suriyaya müəllim olaraq göndərildi. Muaz iki oğlu və iki həyat yoldaşı ilə 638-ci ildə indiki İordaniyanın Qusayru Xalid şəhərində Amvas taunu adı ilə tanınan vəba epidemiyasından vəfat etdi.

    Bu gün İrbid vilayətinin Ağvarüşşimaliye qoruğu ərazisində onun qəbri və qəbr üzərində kiçik bir məscid və türbə tikilmişdir.

    Uzun boylu və əzəmətli bir insan olan Muazın ayağı şikəst idi. Mənbələrdə ailəsinin Amvas taunuda ölməsi ilə onun nəslinin dayandığı qeyd edilir.

    Muazın Rabia adlı bir qardaşı var idi və nəsli tükənmişdi. Qızı Ümmü Abdullah və bacısı Sabe binti Cəbəlin Peyğəmbərə beyət edən qadınlardan olduğu bildirilir.

    Muaz b. Cəbəl peyğəmbərdən 157 hədis nəql etmişdir.

    İraq fiqh məktəbinin yaranmasına zəmin yaradan səhabə
    #Səhabə həyatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ali İmran surəsindən qeydlər

    15 Noyabr 2025 18:07

    Dövrünün siyasi xadimi və sahəbə - Abdullah ibn Zübeyr

    14 Sentyabr 2025 15:55

    Bilal Həbəşi: İslamın İlk Müəzzini və Fədakar Səhabə

    10 Sentyabr 2025 12:37

    İt saxlayan səhabə - peyğmbərin naibi

    3 Avqust 2025 16:52

    Adları bizə məlum olan neçə səhabə var?

    26 İyul 2025 13:36

    Əmmar ibn Yasir: Hicrətdən Şəhadətə Uzanan Bir Həyat

    3 Aprel 2025 14:15

    Quranın İlk Tərcüməsi: Səhabələrin Rolu

    8 Mart 2025 11:06

    Həmzə islamı necə qəbul etdi?

    16 Fevral 2025 10:37

    Azanı yuxuda görən səhabə - Abdullah ibn Zeyd

    19 Yanvar 2025 15:03

    Peyğəmbərin katibi hansı döyüşdə şəhid oldu

    2 Dekabr 2024 19:33

    Abbas ibn Əbdülmüttəlib Məkkədə dinini nə üçün gizlədirdi?

    22 Noyabr 2024 11:28

    Döyüşdə məğlub olmayan sərkərdə-Xalid ibn Vəlid

    12 Sentyabr 2024 09:53
    Demo
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər

    Türkiyədən Qırğızıstana dəri ixracı 15 milyon dolları keçib (ÖZƏL)

    FHN “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində taktiki-xüsusi təlim keçirib

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

    Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

    Ablutofobiya nədir?

    Türkiyədən İrana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

    Azərbaycan Yaxın Şərqdə çoxistiqamətli diplomatik xəttini gücləndirir-kimlər narahatdır?

    Türkiyədən Fransaya sement ixracı azalıb (ÖZƏL)

    Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.