Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verilib

    16 Dekabr 2025 09:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

    AzerVoice-un əldə etdiyi məlumata görə, cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

    Qeyd edək ki, Abbas Abbasov 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlamışdır.

    Abbas Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb. 2012-ci ildə yaradılmış qalmaqallı, hamının “Milyarderlər İttifaqı” adı ilə tanıdığı Rusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçisi və rəhbəri olub (özünü bu təşkilatın rəsmi təsisçisi kimi qeydiyyatdan keçirməyi də unutmayıb).

    Azərbaycanda 2013-cü ilin əvvəlində Əli Kərimli və ətrafından ibarət tərkibdə formalaşdırılmış “Milli Şura”nın rəhbəri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında “Milyarderlər İttifaqı”nın Koordinasiya şurasının üzvü olub. Hərçənd, hələ 2012-ci ildə “Milyarderlər İttifaqı”nın yaradılmasının Azərbaycanda siyasi proseslərə istiqamətləndiyi barədə xəbərdarlıq siqnalları veriləndə Rüstəm İbrahimbəyov “Milyarderlər İttifaqı” adından çıxış edib, müsahibələr verərək bu ittihamları yalanlayırdı. 2013-cü il hadisələri isə hamıya bəllidir. Təsadüfi deyil ki, əvvəllər hər ay Azərbaycana gələn Abbas Abbasov 2013-cü ilin əvvəlində “Milli Şura”nın yaradılması məsələsi ortaya çıxan vaxtdan əməllərinə görə ehtiyatlanalaraq Azərbaycana gəlmir.

    Əldə edilən məlumatlara əsasən, qeyd olunan şəxslər və təşkilatlar arasında sövdələşməyə uyğun olaraq Azərbaycana müxtəlif kanallarla köçürülmüş pul vəsaitləri, həmin vaxt bu sövdələşmələrə və proses iştirakçılarına olunan vədlərə dair audio-video yazılar, ölkə xaricində baş tutmuş görüşlərə, Azərbaycanda konstitusion dövlət hakimiyyətini zorakı yolla ələ keçirmə planlarına dair sair materiallar ələ keçirilərək cinayət işinə əlavə edilib və açıq məhkəmə baxışında geniş ictimailəşdiriləcəkdir.

    Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

    O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

    #Azərbaycan #Rusiya #Abbas Abbasov #Azərbaycan DTX #ramiz mehdiyev #Rüstəm İbrahimbəyov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşləri davam etdirir

    2 Fevral 2026 17:49

    Daha 4 müavinət növü proaktiv qaydada təyin ediləcək

    2 Fevral 2026 17:43

    “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Mingəçevir şəhərində baş tutdu

    2 Fevral 2026 17:38

    “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırmasına dair ilk iclas keçirilib

    2 Fevral 2026 16:19

    Diaspor gəncləri müxtəlif layihələrdə birləşir

    2 Fevral 2026 15:56

    Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır - Anar Quliyev

    2 Fevral 2026 15:47

    Cəlilabadda əmisi tərəfindən ağır xəsarət alan yeniyetmənin vəziyyəti açıqlanıb

    2 Fevral 2026 14:43

    Azərbaycan və İordaniya gömrük sahəsində əməkdaşlıq edəcək

    2 Fevral 2026 13:12

    Ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən 72,6 min gənc işlə təmin edilib

    2 Fevral 2026 13:03

    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2025-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

    2 Fevral 2026 12:16

    Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin fevral ayında bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

    2 Fevral 2026 11:59

    ⁠Bugünkü bank sistemi mümkün şoklara qarşı daha hazırlıqlıdır - AMB-nin baş direktoru

    2 Fevral 2026 10:55
    Demo
    XƏBƏR LENTİ

    Fironların varisləri olduqlarını iddia edən Misir qiptilərinin keçmişi və bu günü

    ABŞ İran nümayəndələri arasında görüş İstanbulda baş tutacaq

    Rusiya Ukraynanın energetika infrastrukturuna zərbələri bərpa edib

    Türkiyə Nazirlər Kabineti regional böhranlar fonunda toplantı keçirib

    Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşləri davam etdirir

    Daha 4 müavinət növü proaktiv qaydada təyin ediləcək

    “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Mingəçevir şəhərində baş tutdu

    Suriya ordusu Həsəkəyə daxil oldu

    İran ABŞ-la nüvə danışıqlarına başlamaq üçün rəsmi göstəriş verdi

    Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.