Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Bakıda “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” beynəlxalq konfransı keçirilib

    25 İyun 2025 16:40
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş “Qvadelupun Dekolonizasiyasına Doğru! Çağırışlar və Perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilib.

    AzerVoice xəbər verir ki, konfrans Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qara dərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatının (FKNG) birgə təşkilatçılığı ilə baş tutub.

    Tədbirdə Qvadelupun müstəqilliyi uğurunda mübarizə aparan siyasi partiyaların liderləri, hərəkatların rəhbərləri, QHT-lər, elmi dairələrin nümayəndələri və s. iştirak ediblər.

    Konfransda Qvadelupun Fransanın dənizaşırı departamenti kimi saxlanılması və bu statusun xalqın siyasi gələcəyini sərbəst müəyyən etmək hüququnu məhdudlaşdırması, həmçinin müstəmləkə cinayətləri, tarixi ədalətsizliklər, yerli Kalinago xalqının məhv edilməsi, işçilərin istismarı, bərabərsizlik və asılılığı davam etdirən inzibati və iqtisadi strukturların mövcudluğu kimi məsələlər geniş müzakirə olunub.

    Tədbirdə departament statusunun müstəmləkəçiliyi davam etdirməsi və bunun Qvadelupda işsizlik, gənclərin kütləvi köçü, sosial bərabərsizlik, iqtisadi asılılıq, zorakılıq və ətraf mühitin çirklənməsi, habelə zəhərli kimyəvi pestisid xlordekonun dağıdıcı təsirləri də diqqət mərkəzində olub.

    Konfransda Qvadelup xalqının öz müqəddəratını təyin etmək hüququnun beynəlxalq təşkilatların gündəliyinə çıxarılması, BMT-nin dekolonizasiya ilə bağlı hüquqi mexanizmləri, habelə müstəmləkə altında olan xalqlara müstəqillik verilməsi haqqında BMT-nin müvafiq qətnamələrinə və Bəyannaməyə Fransa tərəfindən əməl edilməməsi geniş müzakirə olunub.

    Azərbaycanda ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Qvadelup və Azərbaycan ritmləri & rəqsləri” adlı konsert keçiriləcək.

    Mədəni proqramda Qvadelup musiqisi ilə Azərbaycan musiqisinin harmoniyası tamaşaçılara təqdim ediləcək. Tədbirdə Qvadelupun məşhur Lakou Veranda Qrupu çıxış edərək, öz unikal musiqi və ritmləri ilə iştirakçıları valeh edəcək.

    Qvadelupun Dekolonizasiyası üzrə Beynəlxalq Cəbhənin katibi Joze Marten Jan-Pyer bildirib ki, artıq 4 əsrdir ki Qvadelup müstəmləkəçi ölkə tərəfindən işğal olunub. Fransa bizim torpaqlarımızın işğal altında qalmasında əsas rol oynayıb.

    O bildirib ki, Qvadelup adalarında çox qan tökülüb:

    “Bu müharibələrdə bizim nümayəndələrimiz cəsarətlə döyüşüblər. Xalqımızın sərvətləri əllərindən alınıb.

    Bu torpaqların istismarı üçün müxtəlif cəhdlər olub. Bəziləri bizim torpaqların iqliminə dözmürdülər. Qadınlar, uşaqlardan vasitə, alət kimi istifadə edirdilər. Bu, beynəlxalq terrorizm fəaliyyəti bir neçə əsr davam etdi.

    Müxtəlif xalqlar birlikdə mübarizə aparırdılar. Müstəmləkəçilik Qərbin dominantlığını artırdı, afrikalılar deportasiya edildilər”.

    J.M.Jan-Pyer sonda dəstəyə görə Bakı Təşəbbüs Qrupuna təşəkkürünü bildirib.

    FID-in Qvadelup bölməsinin milli kordinatoru Jan-Jakob Bicep qeyd edib ki, Qvadelupun azadlığı artıq bir sloqan deyil, biz bunu siyasi olaraq tələb edirik.

    O bildirib ki, Qvadelup siyasi, psixoloji olaraq əsarətə salınıb, onun müstəqilliyi əlindən alınıb:

    “Lakin xalqımız heç zaman azadlıq mübarizəsindən əl çəkməyib.

    Biz çox qətiyyətlə, iradə ilə Qvadelupun azadlığı üçün mübarizə aparırıq. Çalışırıq ki, müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsini beynəlxalq arenalarda ucaldaq.

    İqtisadi, sosial, siyasi, mədəni cəhətdən xalqlar öz müqəddəratlarını müəyyən etməlidirlər. Biz bu mübarəzinə tək apara bilmərik.

    Ümid edirəm ki, bundan sonra da birgə mübarizəyə davam edəcəyik”.

    J.Bicep qeyd edib ki, Azərbaycan coğrafi olaraq uzaq olsa da, Qvadelupun azadlıq mübarizəsinə öz dəstəyini əsirgəmir.

    “ZCL News”un jurnalisti və prodüseri Danik Zandronis qeyd edib ki, Qvadelupda mətbuat azad deyil. 1940-cı illərdə də jurnalistlərimiz digərlərinin təsiri altında idi.

    O, Qvadelupun mətbuat tarixindən bəhs edib, nəşr olunan qəzet və jurnallardan söz açıb.

    “60-cı illərədək dövlət radiosi hər səhər Fransa himnini səsləndirirdi. Onlar mental olaraq xalqın düşüncəsini dəyişmək istəyirdilər. Radiolarda ancaq Fransa musiqisi səsləndirilirdi, öz mədəniyyətimiz gözardı edilirdi

    60-cı illərdən sonra “müxalif” qəzetlər formalaşdı, lakin onlar o qədər də müstəmləkə haqqında danışmırdılar.

    Fransa müstəmləkəçiliyində olan ölkələr 90-cı illərədək yalnız hökümət üçün çalışırdılar. Şüur da belə formalaşırdı”, - deyə Danik Zandronis qeyd edib.

    Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov qeyd edib ki, konfransın əsas məqsədi XXI əsrdə Qvadelupun hələ də müstəmləkə əsarətində saxlanılmasının hüquqi, iqtisadi, sosial və mədəni aspektlərini, həmçinin beynəlxalq hüquq normalarına uyğun dekolonizasiya prosesinin sürətləndirilməsi yollarını müzakirə etməkdir.

    İcraçı direktor bildirib ki, müstəmləkə xalqlarının öz müqəddəratını təyinetmə hüququ beynəlxalq hüququn fundamental prinsipi kimi təsbit edilib:

    “Hüquqi və siyasi baxımdan Qvadelupun Fransanın departamentinə çevrilməsi kolonializmin sonlandırılması deyil, onun yeni bir formaya salınması deməkdir. Bu hüquqi oyun vasitəsiyə ilə Fransa, Qvadelupu Birləşmiş Millətlər Təşkilatının dekolonizasiya olunacaq ölkələr siyahısından çıxarıb.
    Qvadelupda yaranmış iqtisadi asılılıq və sosial bərabərsizlik Fransız müstəmləkəçilik siyasətinin törətdiyi fəsadlardır”.

    A.Abbasov əlavə edib ki, burada işsizlik səviyyəsi 18-20 % civarında olmaqla Fransanın əsas hissəsinin göstəricilərindən üç dəfə yüksəkdir:

    “ÜDM-nin təxminən 70%-i dövlət dəstəyi və subsidiyalar hesabına formalaşır ki, bu da Qvadelupu məqsədyönlü şəkildə iqtisadi asılıqda saxlamaq məqsədini daşıyır.

    Mədəni sahədə aparılan sosial tədqiqatlar Qvadelup xalqının dil, tarix və mənəvi dəyərlərinin assimilyasiya siyasəti nəticəsində zəiflədiyini göstərir.

    UNESCO-nun himayəsi altında olan Qvadelupa məxsus maddi və qeyri-maddi mədəni irsin qorunması və davamlı inkişafına yönəlmiş tədbirlərin hələ də geniş miqyaslı və strukturlaşdırılmış xarakter daşımadığı, mövcud fəaliyyətlərin isə əsasən lokal səviyyədə və kifayət qədər koordinasiya olunmamış şəkildə həyata keçirildiyi müşahidə olunur”.

    BTQ rəsmisi qeyd edib ki, Bakı Təşəbbüs Qrupu müasir dünyada kolonializmin yeni formalarının mövcudluğunu qəbul etmir və Qvadelupun tam və ədalətli dekolonizasiyasının hüquqi, iqtisadi və mədəni səviyyədə təmin olunmasının zəruriliyini vurğulayır.

    “Biz beynəlxalq hüquq norma və prinsiplərə əsaslanaraq, Qvadelup xalqının öz müqəddəratını təyin etmək hüququnu, onların sosial-iqtisadi inkişafını və mədəni bərpasını müdafiə edəcəyik”, - deyə o fikrini tamamlayıb.

    İqtisadiyyat elmləri üzrə mühazirəçi Filip Verdol qeyd edib ki, Fransa Qvadelupda əhalinin xərçəng və digər xəstəliklərə yoluxmasına səbəb olan xlordekondan istifadə edib.

    O məlumat verib ki, xlordekon xlor tərkibli bir pestisiddir, prostat xərçənginə səbəb ola və sizi yenidən zəhərləyə bilər:

    “Fransa bunu Qvadelupda istifadə edib. Qvadelupda sözügedən maddənin təsirini biz bu gün də görə bilirik. Onun zərərləri nəsildən nəslə ötürülür”.

    F.Verdol əlavə edib ki, xlordekonun istifadəsi insan səhhəti üçün ciddi problemlərə yol açır.

    “Fransanın istifadə etdiyi xlordekon miqdarı isə onun ÜST-ün qərarıma məhəl qoymamasından xəbər verir. Bu gün də istifadə olunmuş xlordekonun torpaqda təsiri qalır. Bu problemə qarş hələ də heç bir tədbir görülməyib”, - deyə o qeyd edib.

    #Bakı Təşəbbüs Qrupu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Bakı Təşəbbüs Qrupu Belçika müstəmləkəçiliyinin qaranlıq səhifələrini araşdırır

    15 Dekabr 2025 12:27

    Bakıda “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçiriləcək

    29 Oktyabr 2025 10:25

    Abbas Abbasov ATƏT-də Qərbin Kolonial Cinayətlərini gündəmə gətirib

    17 Oktyabr 2025 15:37

    Bakı Təşəbbüs Qrupu lideri Simon Bolivar İnstitutunun konfransında iştirak edib

    3 Oktyabr 2025 15:54

    Yeni Kaledoniya və Digər Ərazilərin Gələcəyi BMT-də Müzakirə Ediləcək

    24 Sentyabr 2025 11:49

    BMT-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək

    23 Sentyabr 2025 21:39

    Tarix boyu Fransa Afrika mənşəli xalqlara qarşı qanlı repressiyalar, soyqırımları həyata keçirib - BTQ

    31 Avqust 2025 12:01

    Qvadelup adasına həsr olunan konfransın yekun bəyanatı qəbul edilib

    25 İyun 2025 16:36

    BTQ və MIR arasında əməkdaşlığa dair Memerandum imzalanıb

    25 İyun 2025 12:10

    Bakıda “İslamofobiya: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın ikinci günü start götürüb

    27 May 2025 11:10

    BTQ gələn il Reünyon ilə əməkdaşlığa başlaya bilər

    14 Dekabr 2024 13:15

    Növbəti illərdə BTQ-nin hesabatında kolonizasiya ərazilərinin sayı artacaq - Abbas Abbasov

    14 Dekabr 2024 12:27
    Demo
    XƏBƏR LENTİ

    ABŞ–Suriya antiterror koordinasiyası strateji zərurətə çevrilir

    Rusiya üçün döyüşən serb millətçilər Balkanlarda yeni münaqişəyə hazırlaşır - The Telegraph

    Tarixdə bu gün – 16 Dekabr

    Türkiyənin hava məkanını pozan PUA F-16-lar tərəfindən zərərsizləşdirilib

    İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli yeniyetməni güllələyib

    Ayrı-seçkiliyi hədəf alan siyasət qəbuledilməzdir - Ərdoğan

    Netanyahu Barakın Türkiyənin Qəzzada iştirakını dəstəkləməsindən narahatdır

    Mehmet Akif Ersoyun test nəticələrində narkotik aşkar edilib

    İsrailin Suriyadakı hərbi reydləri bufer zona xəttini genişləndirir

    Ciddə hava limanı 2025-ci ildə 50 milyon sərnişinlə rekord göstəriciyə çatıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.