Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Siyasət

    Milli Məclis Azərbaycanın D-8-ə qoşulmasını ratifikasiya edib

    7 Mart 2025 14:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Milli Məclis Azərbaycanın “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmasını ratifikasiya edib.

    AzerVoice xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

    “İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul olunub.

    Məlumat üçün bildirək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. Təşkilatın yeni hədəfləri “2020-2030-cu illər yol xəritəsi” sənədində əks olunub.

    Azərbaycan keçən ilin 19 dekabr tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı D-8-ə tamhüquqlu doqquzuncu üzv kimi qəbul edilib. Bu üzvlük Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu və təşkilatla sıx əməkdaşlıq imkanlarını əks etdirir. Azərbaycanın D-8-in fəaliyyətində iştirak etməsi, ölkəmizin geostrateji mövqeyini və iqtisadi potensialını nəzərə alaraq təşkilatın inkişafına mühüm töhfələr verə bilər. Azərbaycan, Şərq ilə Qərb arasında körpü rolu oynayan və İslam dünyasının əsas iqtisadi və mədəni mərkəzlərindən biri kimi D-8 çərçivəsində əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacaq.

    Azərbaycanın D-8-ə qoşulması iqtisadi və ticarət əlaqələrinin inkişafına yeni imkanlar açır. Azərbaycan xüsusilə Türkiyə, Pakistan, İran və Malayziya ilə geniş ticarət əlaqələrinə malikdir. Neft və qaz ixracı, kənd təsərrüfatı və sənaye sahəsində əməkdaşlıq imkanları mövcuddur. Bununla yanaşı, Orta Dəhliz marşrutu üzərində yerləşən Azərbaycan, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə D-8 ölkələri üçün mühüm tranzit mərkəzinə çevrilir.

    Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və Türkiyə-Pakistan-Azərbaycan strateji tərəfdaşlığı çərçivəsində D-8 ölkələri ilə əməkdaşlığı gücləndirmək üçün geniş imkanlar mövcuddur. Azərbaycan D-8 çərçivəsində iqtisadi inteqrasiya layihələrində iştirak etməklə yanaşı, təşkilatın əsas prinsiplərinə töhfə verməyə davam edəcək. Azərbaycanın təşkilata üzvlüyü beynəlxalq ticarət və iqtisadi mövqeyini daha da möhkəmləndirərək regional və qlobal əməkdaşlıq perspektivlərini genişləndirir.

    D-8-in rəsmi dili ingilis dilidir və təşkilatın əsas prinsipləri iqtisadi inkişaf, ticarət əməkdaşlığı, ədalətli iqtisadi sistem və beynəlxalq diplomatik əlaqələrin möhkəmləndirilməsidir.

    #İran #İstanbul #Milli Məclis #Pakistan #Misir #Nigeriya #İndoneziya #Qahirə #Banqladeş #Bakı Beynəlxalq Dəniz Ticarət Limanı #İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib

    27 Oktyabr 2025 15:42

    Türkiyədən İrana dəri ixracı 2 milyon dolları keçib (ÖZƏL)

    27 Oktyabr 2025 15:24

    İsrailin cinayətlərinə göz yumanlar BMT prinsiplərini pozur - İran XİN

    27 Oktyabr 2025 14:33

    İstanbulda Pakistan və Əfqanıstan nümayəndə heyətləri atəşkəsin detallarında razılığa gəlib

    27 Oktyabr 2025 14:13

    Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək

    27 Oktyabr 2025 13:13

    Qahirənin HƏMAS və Qəzza mövqeyi necədir?

    27 Oktyabr 2025 12:00

    QatarEnergy Misir sahillərində yeni kəşfiyyat layihəsində pay əldə edib

    27 Oktyabr 2025 10:48

    Misir Qəzzada humanitar fəaliyyətlər üçün avadanlıqlar təmin edib

    27 Oktyabr 2025 09:52

    Nigeriyada ordu ilə silahlı qarşıdırmada 80 nəfər öldürülüb

    27 Oktyabr 2025 08:51

    İsrail Qəzzədə mövcudluğunu qəbul etmədiyi beynəlxalq qüvvələri özü müəyyən edəcək

    26 Oktyabr 2025 16:13

    Qətər BMT Nizamnaməsinə sadiqliyini bir daha təsdiqləyib

    25 Oktyabr 2025 15:06

    İran XİN Qazaxıstanın Respublika Günü münasibətilə təbrik edib

    25 Oktyabr 2025 12:54
    Demo
    XƏBƏR LENTİ

    İstanbulda İŞİD-ə qarşı əməliyyat keçirilib

    Türkiyədən İrana dəri ixracı 2 milyon dolları keçib (ÖZƏL)

    İsrailin cinayətlərinə göz yumanlar BMT prinsiplərini pozur - İran XİN

    İstanbulda Pakistan və Əfqanıstan nümayəndə heyətləri atəşkəsin detallarında razılığa gəlib

    Şimali Koreya lideri mənimlə görüşmək istəsə, Asiya turumu uzadacağam – Tramp

    İsrail BMT-nin Livandakı sülhməramlı qüvvələrinə hücum edib

    2028-ci il prezidentliyinə namizəd olma ehtimalım hələ var - Kamala Harris

    Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək

    Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 35%-i yenilənib

    Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı artıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.