Əsas səhifə » Mirziyoyev ilə Lavrov arasında görüş baş tutub

Mirziyoyev ilə Lavrov arasında görüş baş tutub

BAKI,AzerVoice

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzerVoice xəbər verir ki, görüşdə tərəflər Özbəkistan-Rusiya dostluq münasibətlərinin, genişmiqyaslı strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirilməsi yollarını müzakirə ediblər.

Görüşdə ali səviyyədə əldə olunmuş razılaşmaların icrası diqqət mərkəzində olub.

Tərəflər ali səviyyədə əldə olunmuş razılaşmaların icrasına xüsusi önəm verdiklərini vurğulayıblar. Görüşdə ticarət, investisiya, sənaye kooperasiyası, eləcə də mədəniyyət, elm, təhsil, səhiyyə, idman və turizm sahələrində əməkdaşlığın inkişaf etdiyi qeyd edilib.

Həmçinin regional və beynəlxalq gündəmdə olan aktual məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Digər Kateqoriyalar

2025 © Azervoice