BAKI,AzerVoice, Fərid Mikayılov
ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İran ordusunun Hörmüz boğazında keçirməyi planlaşdırdığı hərbi atış fəaliyyəti öncəsi təhlükəsizlik xəbərdarlığı yayıb.
AzerVoice xəbər verir ki, CENTCOM-un açıqlamasında İranın bölgədə gərginliyi artıracaq addımlardan çəkinməsinin vacibliyi vurğulanıb.
Bildirilib ki, İran İnqilab Keşikçiləri Korpusu tərəfindən elan edilən dəniz təlimləri beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyini riskə atmadan, peşəkar və məsuliyyətli şəkildə həyata keçirilməlidir.
Açıqlamada Hörmüz boğazının qlobal dəniz ticarəti üçün strateji əhəmiyyət daşıdığı xatırladılaraq, bu ərazidə hər hansı təxribat xarakterli fəaliyyətin ciddi nəticələrə yol aça biləcəyi qeyd olunub.