Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Biz Qəzzanın bölünməsini qəbul etmirik, İsrailin Qəzzada heç bir legitimliyi yoxdur - Mahmud Abbas

    9 Yanvar 2026 09:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Qəzzanın bölünməsini qəti şəkildə rədd etdiklərini bildirib və İsrailin Qəzzanın heç bir hissəsində legitimliyinin olmadığını bəyan edib.

    AzerVoice xəbər verir ki, Abbas “Fəth” Hərəkatının İnqilab Şurasının 13-cü dövr açılışında çıxışı zamanı Fələstin Dövlətinin Qəzza, Qərbi Şəriə və Şərqi Qüdsü əhatə edən vahid və bölünməz coğrafi-siyasi bütöv olduğunu vurğulayıb. O, əsas prioritetlərin Qəzzada atəşkəsin daimi xarakter alması və humanitar yardımların dərhal bölgəyə daxil olmasının təmin edilməsi olduğunu deyib.

    Qəzza zolağında ABŞ Prezidenti Donald Trampın planının ikinci mərhələsinin icrasının vacibliyinə toxunan Abbas, bu mərhələnin İsrailin Qəzzadan tam geri çəkilməsini, HƏMAS-ın idarəetməni təhvil verməsini və Fələstin hökumətinə tabe olan müvəqqəti inzibati komitənin fəaliyyətə başlamasını nəzərdə tutduğunu bildirib.

    Abbas qeyd edib ki, sözügedən proses zorla köçürmə olmadan bərpa və yenidənqurma işlərinin aparılmasını, eləcə də beynəlxalq legitimlik və Ərəb Sülh Təşəbbüsü əsasında siyasi prosesin başlanmasını hədəfləyir.

    Bu ilin “Fələstin demokratiyası ili” olacağını deyən Abbas, yerli seçkilərin aprel ayında keçiriləcəyini, “Fəth” Hərəkatının 8-ci qurultayının və Fələstin Milli Şurasına seçkilərin də il ərzində planlaşdırıldığını açıqlayıb.

    O, ümumi seçkilərin isə müvafiq şərait formalaşdıqdan sonra Qəzza, Qərbi Şəriə və Şərqi Qüdsdə eyni vaxtda keçiriləcəyini bildirib.

    İsrailin Qərbi Şəriə və Şərqi Qüdsdəki fəaliyyətlərinin Qəzzadakı hadisələr qədər təhlükəli olduğunu vurğulayan Abbas beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb.

    #Qəzza #Qəzza zolağı #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Donald Tramp və Qəzza planı #Qəzza sakinlərinin köçü #Qəzzanın bərpası 2025 #Qəzzada infrastruktur yeniləmələri #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzza zolağında ölənlərin sayı 71 min 409-a yüksəlib

    9 Yanvar 2026 16:12

    Qəzzaya ordu göndərmək Azərbaycan üçün ciddi risklər yarada bilər - Rufiz Hafizoğlu

    8 Yanvar 2026 15:52

    İsrail ordusunun atəşi nəticəsində 11 yaşlı Fələstinli qız həlak olub

    8 Yanvar 2026 12:29

    Türkiyə Qəzzaya sülhməramlı qüvvə göndərməyə hazırlaşır - Yaşar Gülər

    8 Yanvar 2026 10:11

    Misirdə HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə danışıqlar keçiriləcək

    7 Yanvar 2026 17:26

    Qəzzada uşaqlar aclıq və travma səbəbindən mənimsəmə qabiliyyətlərini itirirlər

    7 Yanvar 2026 10:02

    İsrail hökuməti Qəzzaya media girişini qadağan etməyə davam edir

    6 Yanvar 2026 13:00

    Ukrayna, Qəzzanın və Venesuelanın ərazi bütövlüyü müzakirə mövzusu deyil - İspaniya

    6 Yanvar 2026 09:19

    İsrailin jurnalistlərə qarşı pozuntuları davam edir – 99 fakt sənədləşdirildi

    5 Yanvar 2026 10:22

    Netanyahu Qəzzada atəşkəsin ikinci mərhələsi ilə bağlı təhlükəsizlik müşavirəsi keçirəcək

    4 Yanvar 2026 20:11

    Səudiyyə Qəzzaya edilən humanitar yardımı artırır

    4 Yanvar 2026 18:19

    BMT baş katibi İsraili Qəzzada humanitar təşkilatlara tətbiq edilən qadağanı ləğv etməyə çağırıb

    3 Yanvar 2026 10:42
    Demo
    XƏBƏR LENTİ

    Bu gün BMT-nin ilk iclası keçirildi

    Tarixdə bu gün – 10 yanvar

    Çin, Rusiya və İran hərbi gəmiləri Cənubi Afrikada birgə dəniz təlimləri keçirəcək

    Bitkoin niyə “şiddətli dalğalanır”?

    ABŞ Venesuela təzyiq kampaniyası çərçivəsində beşinci neft tankerini ələ keçirdi

    Aİ ölkələri 25 illik danışıqlardan sonra Mercosur ticarət sazişinə razılıq verdi

    Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib

    BƏƏ ekstremizm və terrorla mübarizə üzrə xüsusi elçi təyin etdi

    ABŞ Mərkəzi Asiya ölkələri üçün viza depoziti tətbiq edəcək

    Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.