Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    İraq Lukoil aktivl'rini dövlət nəzarətinə götürüb

    9 Yanvar 2026 04:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    İraq hökuməti “Qərbi Qurna–2” neft yatağının operatorunun milliləşdirilməsini təsdiqləyib. Qərara əsasən, aktivin idarə olunması 12 ay müddətinə dövlətə məxsus Basra Oil şirkətinə verilir.

    AzerVoice-un məlumatına görə şirkətə yaxın iki mənbə bildirib ki, addım ABŞ sanksiyaları ilə bağlı qeyri-müəyyənlik fonunda atılıb. Keçid dövründə İraq tərəfi hasilatın sabit saxlanılmasını təmin etməyi və “Lukoil”in payı üçün potensial alıcıların axtarışını planlaşdırır.

    Basra Oil nümayəndəsinin sözlərinə görə, əsas məqsəd keçid müddətində yatağın fasiləsiz fəaliyyətinin qorunmasıdır.

    “Qərbi Qurna–2” dünyanın ən iri neft yataqlarından biri hesab olunur. Yataq qlobal neft tədarükünün təxminən 0,5 faizini, İraq üzrə ümumi hasilatın isə 9 faizini təmin edir.

    Xatırladaq ki, noyabrda “Lukoil” sanksiya məhdudiyyətləri səbəbindən İraq hakimiyyətinin şirkətlə nağd və neftlə hesablaşmaları dayandırmasından sonra yataqda fors-major elan etmişdi. Bu, müqavilənin əvvəlki formatda icrasını mümkünsüz edib.

    ABŞ oktyabrın sonunda “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edib. Tələblərə görə, şirkətlər 17 yanvar tarixinədək xaricdəki aktivlərdən çıxmalıdır.

    “Lukoil” “Qərbi Qurna–2”nin işlənməsi hüququnu 2009-cu ildə alıb, kommersiya hasilatı isə 2014-cü ildə başlayıb.

    İdarəetmənin Basra Oil-ə keçməsindən sonra dövlət şirkəti əməkhaqlarının ödənilməsini, podratçıların fəaliyyətini və əməliyyat xərclərini üzərinə götürəcək.

    İraq tərəfi bildirib ki, yataqda hasilat gündə 465–480 min barel səviyyəsində sabit qalır.

    Qeyd olunur ki, “Lukoil”in xarici aktivlərinin alınmasına maraq göstərən bir neçə neft və investisiya şirkəti var. Son təkliflərdən biri şirkətin bütün xarici aktivlər portfelinin — hasilat layihələri, neft emalı zavodları, yanacaq anbarları və Avropa, Asiya, ABŞ və Yaxın Şərqdə 2000-dən çox yanacaqdoldurma məntəqəsinin — alınmasını nəzərdə tutur.

    Iraq nationalizes West Qurna-2, Basra Oil takes over Lukoil asset, US sanctions force Lukoil exit, Iraq oil production stability, buyers sought for Lukoil stake, West Qurna-2 daily output barrels

    #İraq Lukoilin Qərbi Qurna–2 aktivini dövlət nəzarətinə götürdü #Bağdad Lukoil yatağının idarəsini Basra Oil-ə verdi #ABŞ sanksiyaları fonunda İraq neft yatağını milliləşdirir #Qərbi Qurna–2 üzrə idarəetmə İraq dövlətinə keçdi #İraq Lukoilin payı üçün alıcı axtarır #Irak #Lukoil’in Batı Kurna-2 varlığını devraldı #Irak hükümeti Batı Kurna-2’yi millileştirdi #Batı Kurna-2 sahasının yönetimi Basra Oil’e geçti #ABD yaptırımları Irak’ın Lukoil kararını hızlandırdı #Lukoil hissesi için alıcı arıyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Yəmənin cənub separatçıları Ər-Riyad danışıqları fonunda buraxıldıqlarını elan edib

    9 Yanvar 2026 19:51

    BƏƏ ekstremizm və terrorla mübarizə üzrə xüsusi elçi təyin etdi

    9 Yanvar 2026 18:58

    Qəzza zolağında ölənlərin sayı 71 min 409-a yüksəlib

    9 Yanvar 2026 16:12

    Biz Qəzzanın bölünməsini qəbul etmirik, İsrailin Qəzzada heç bir legitimliyi yoxdur - Mahmud Abbas

    9 Yanvar 2026 09:26

    İraq Lukoil aktivl'rini dövlət nəzarətinə götürüb

    9 Yanvar 2026 04:00

    Hələbdə döyüşlərin şiddətlənməsi fonunda mülki əhali kütləvi şəkildə bölgəni tərk edir

    9 Yanvar 2026 02:00

    Livan cümə günü qaz kəşfiyyatı üzrə saziş imzalayacaq

    8 Yanvar 2026 20:09

    Səudiyyə Ərəbistanı Pakistanı alternativ silah tədarükçüsü kimi nəzərdən keçirir

    8 Yanvar 2026 18:58

    Somaliland İsrailin hərbi baza planını təsdiqləyib

    8 Yanvar 2026 18:20

    İranda etiraz dalğası və gizli oyun: orta təbəqə səhnəyə çıxır, rejim risk hesablayır

    8 Yanvar 2026 16:42

    Qəzzaya ordu göndərmək Azərbaycan üçün ciddi risklər yarada bilər - Rufiz Hafizoğlu

    8 Yanvar 2026 15:52

    Dubayda ilk sürücüsüz taksi idarəetmə mərkəzi açıldı

    8 Yanvar 2026 13:57
    Demo
    XƏBƏR LENTİ

    Yəmənin cənub separatçıları Ər-Riyad danışıqları fonunda buraxıldıqlarını elan edib

    Aİ ölkələri 25 illik danışıqlardan sonra Mercosur ticarət sazişinə razılıq verdi

    Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib

    BƏƏ ekstremizm və terrorla mübarizə üzrə xüsusi elçi təyin etdi

    ABŞ Mərkəzi Asiya ölkələri üçün viza depoziti tətbiq edəcək

    Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb

    Keçən il Türkiyədən Özbəkistana kimyəvi maddə ixracı 378 milyon dolları keçib (ÖZƏL)

    DSMF-nin xərcləri ötən il 629 mln. manat artaraq 7 mlrd. 518 mln. manat təşkil edib

    "BİR KREDİT BOKT" MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur

    Qalatasaray - Fənərbağça oyununun başlama saatı dəyişdirildi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.