Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Venesuela böhranı “Pentaqon pizza nəzəriyyəsi”ni yenidən gündəmə gətirib

    4 Yanvar 2026 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Venesuelada prezident Nikolas Maduro ilə bağlı yayılan saxlanılma iddiaları və Karakasda baş verdiyi bildirilən hücumlar fonunda ABŞ paytaxtı Vaşinqtonda təhlükəsizlik qurumlarının yerləşdiyi ərazilərdə pizzacıların qeyri-adi dərəcədə yüklənməsi sosial mediada diqqət çəkib. Bu müşahidələr “Pentaqon pizza nəzəriyyəsi” kimi tanınan iddiaları yenidən gündəmə gətirib.

    ABŞ Müdafiə Nazirliyinin – Pentaqonun, eləcə də Mərkəzi Kəşfiyyat İdarəsinin – CIA yaxınlığında yerləşən pizzacılarda qeydə alınan intensivlik, Venesuela ətrafında baş verən gərginliklə eyni vaxta təsadüf edib. Sosial şəbəkələrdə yayılan iddialara görə, bu cür artım Vaşinqtonda pərdəarxası diplomatik və ya hərbi fəallığın göstəricisi ola bilər.

    Nəzəriyyənin mahiyyəti

    “Pentaqon pizza nəzəriyyəsi” ABŞ təhlükəsizlik bürokratiyasında fövqəladə iş rejimi yarandığı anlarda əməkdaşların iş yerlərini tərk edə bilmədiyi, bu səbəbdən isə tez və praktik qida olan pizzaya sifarişlərin kəskin artdığı iddiasına əsaslanır. Nəzəriyyəyə görə, Vaşinqtonda pizza çatdırılmalarında qeyri-adi artım müşahidə olunarsa, bu, yaxınlaşan və ya artıq baş verən beynəlxalq böhranın dolayı əlaməti kimi qəbul edilə bilər.

    Soyuq müharibədən sosial mediaya

    Bu iddianın kökləri Soyuq müharibə dövrünə gedib çıxır. Həmin illərdə sovet kəşfiyyatının Vaşinqtonda fövqəladə dövrləri müəyyən etmək üçün pizza çatdırılmalarını izlədiyi iddia olunur. 1990-cı il avqustun 1-də Vaşinqtonda fəaliyyət göstərən pizzacı sahibi Frenk Miks CIA binalarına sifarişlərin qəfil artdığını müşahidə etmişdi. Bu tarix İraqın Küveyti işğal etməsindən bir gün əvvələ təsadüf edirdi.

    Sonrakı illərdə də oxşar nümunələr qeyd edilib. 1998-ci ilin dekabrında ABŞ prezidenti Bill Klintonun impiçment dinləmələri zamanı, eləcə də 13 aprel 2024-cü ildə İranın İsrailə pilotsuz uçuş aparatları ilə hücum etdiyi gün Pentagon və Ağ Ev ətrafında pizzacıların sıxlığı sosial mediada geniş müzakirə olunmuşdu.

    Venesuela və “pizza siqnalları”

    Son günlərdə X platformasında fəaliyyət göstərən @PenPizzaReport hesabı Pentaqon yaxınlığındakı pizzacıların real vaxt rejimində qeyri-adi dərəcədə yükləndiyini iddia edib. Paylaşımlar Venesuelada hücumlar və Maduronun saxlanılması ilə bağlı məlumatların yayıldığı dövrə təsadüf edib. Bu da nəzəriyyənin tərəfdarları tərəfindən “təsadüfi olmayan uyğunluq” kimi təqdim olunub.

    ABŞ rəsmiləri və təhlükəsizlik üzrə mütəxəssislər pizza sifarişləri ilə geosiyasi proseslər arasında birbaşa əlaqənin olmadığını bildirir və bu cür yanaşmaları spekulyativ hesab edirlər. Onların fikrincə, sosial mediada yayılan bu məlumatlar rəsmi göstərici və ya etibarlı siqnal sayıla bilməz.

    Bununla belə, məşhur amerikalı jurnalist Vulf Blitserin 1990-cı ildə dediyi ifadə bu mövzuda tez-tez xatırladılır: “Jurnalistlər üçün nəticə sadədir – pizzaları izləyin.”

    #Pentagon pizza nəzəriyyəsi Venesuela hadisələri fonunda yenidən gündəmdə #Vaşinqton pizzaları böhran siqnalı verirmi? #Venesuela gərginliyi və ABŞ-da pizza müşahidələri #Pentagon ətrafındakı pizzacı sıxlığı nəyi göstərir? #Sosial mediada müzakirə: pizza sifarişləri və geosiyasət #Pentagon Pizza Teorisi yeniden gündemde #Venezuela krizi ve Washington pizzaları #Pizza siparişleri kriz habercisi mi? #Pentagon çevresindeki yoğunluk ne anlama geliyor #Sosyal medyada Pentagon Pizza tartışması #Pentagon Pizza Theory Resurfaces Amid Venezuela Crisis #Do Pizza Orders Signal Global Crises? #Washington Pizza Surge Draws Attention #Social Media Revives Pentagon Pizza Theory #Venezuela Tensions Fuel Online Speculation
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İranın raketləri müzakirə mövzusu deyil - Əraqçi

    11 Fevral 2026 15:10

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziyanın Semeru dağında beş püskürmə baş verib.

    11 Fevral 2026 11:26

    130-dan çox ölkədə böhran vəziyyəti elan edilib - UNICEF

    11 Fevral 2026 09:13

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Zaman qazanmırıq, sanksiyaların ləğvini gözləyirik - İran XİN

    10 Fevral 2026 13:01

    İslamabadda məscidə hücum: Ölənlərin sayı 38-ə yüksəldi

    10 Fevral 2026 11:53

    Trampdan iqtisadi qumar: Kevin Vorş üçün 15 faizlik artım hədəfi

    10 Fevral 2026 11:15

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    Kral Çarlz Epşteyn istintaqını dəstəkləməyə hazırdır

    10 Fevral 2026 09:29

    Tramp özünü Venesuelanın müvəqqəti prezidenti elan edib

    12 Yanvar 2026 11:55
    Demo
    XƏBƏR LENTİ

    12 Fevral: Maraşın Qurtuluşu, Bənnanın Qətli, Minsk Sülhü və Darvinin Doğum Günü - Tam Xronika

    Ukrayna mediası ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfərinə geniş yer ayırıb

    “Microsoft” şirkətinin Mərkəzi Avropa və Mərkəzi Asiya regionu üzrə prezidenti ilə görüş keçirilib

    ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir

    Tramp və Netanyahu Ağ Evdə bir araya gəldi: Masada İran və Qəzza var

    Rusiya Dövlət Dumasında Telegram-ın bloklanması qalmaqal yaradıb

    Malayziya səfirliyində azərbaycanlı tələbələr üçün yeni təhsil imkanları müzakirə olunub

    Avropa Parlamenti Qərbi azərbaycanlıların yurdlarına qayıdışını dəstəkləməlidir

    Bakıda "İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026" keçiriləcək

    Rusiyada təhsil müəssisəsinə silahlı hücum olub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.