BAKI, AzerVoice, Nailə Babazadə
Venesuela Prezidenti Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edən qərar imzalayıb. Bu qərarla birlikdə hökumət xalqı, ordu və polisi tammiqyaslı səfərbərliyə çağırıb.
AzerVoice xəbər verir ki, Venesuela Xarici İşlər Nazirliyinin məlumatına görə, prezident Maduro bütün milli müdafiə planlarının işə salınmasını tapşırıb. Nazirlik son hücumların arxasında ABŞ-ın dayandığını iddia edərək, paytaxt Karakas da daxil olmaqla yaşayış məntəqələri, mülki və hərbi obyektlərin hədəfə alındığını bildirib.
Bəyanatda həmçinin vurğulanıb ki, Venesuela idarəetmə sistemini dəyişdirməyə yönələn hər cür cəhd, keçmişdə olduğu kimi, yenə uğursuzluqla nəticələnəcək.
Hökumət BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünün qanuni müdafiə hüququnu qoruyub saxlayır və ABŞ-ın məsuliyyətini müəyyən etmək üçün məsələni BMT Təhlükəsizlik Şurasına çatdıracağını açıqlayıb.
