BAKI, AzerVoice
“Microsoft” korporasiyası “Windows 11” əməliyyat sisteminə inteqrasiya olunmuş fayl meneceri “File Explorer”in artıq daha az operativ yaddaş (RAM) sərf etdiyini bəyan edib.
AzerVoice bu barədə “Windows Latest” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, yeni funksiya “Windows 11 Build 26220.7523” versiyasında sınaqdan keçirilir. Funksiya aktivləşdirildikdə “File Explorer” faylların indeksləşdirilməsi zamanı təkrarlanan əməliyyatları avtomatik şəkildə aradan qaldırır.
“Microsoft”un izahına əsasən, fayl menecerinin interfeysi üzərindən sənədlərin axtarışı zamanı əməliyyat sistemi əvvəlki versiyalarla müqayisədə daha az operativ yaddaş istehlak edəcək.