Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Nvidia tarix yazdı - dünyanın ən dəyərli açıq şirkəti olub

    10 İyul 2025 12:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Nvidia Apple və Microsoft-u geridə qoyaraq 4 trilyon dollar dəyəri keçən ilk şirkət olub.

    AzerVoice xəbər verir ki, ABŞ-ın çip nəhəngi Nvidia, səhmlərinin yüksəlişi ilə bazar dəyərini 4 trilyon dollara çatdıraraq Apple və Microsoft kimi texnologiya nəhənglərini geridə qoyub və bu səviyyəyə çatan ilk açıq şirkət olub.

    Bu yüksəliş süni intellekt sahəsində artan tələbatla əlaqələndirilir.

    Səhmləri gün ərzində 2,76% artaraq rekord həddə çatan Nvidia günü 1,8% yüksəlişlə başa vurub. Şirkət AI çipləri sahəsində bazarın lideri olaraq Microsoft, Google və Amazon kimi texnoloji devlərə mühüm infrastruktur təmin edir.

    Qeyd edək ki, son aylarda Nvidia ilə Microsoft birinci yer uğrunda rəqabət aparırdı. Apple isə Donald Trampın tarif siyasətləri səbəbilə dəyər itirib. Nvidia isə 2024-cü ilin sonlarından etibarən bərpa olunaraq səhmlərinin dəyərini 74% artırıb.

    Nvidia-nın baş direktoru Jensen Huang qlobal texnologiya səhnəsində yeni lider fiqur kimi tanınır. Onun şəxsi sərvəti 140 milyard dollara yaxınlaşaraq dünyanın ən zəngin insanları arasına daxil olub.

    Şirkətin Project Stargate kimi nəhəng beynəlxalq AI layihələrində əsas tərəfdaş olması, onun strateji rolunu daha da artırır. Analitiklər Nvidia-nın 2028-ci ilə qədər 6 trilyon dollara çata biləcəyini bildirirlər.

    #Süni intellekt #Microsoft #Apple #texnologiya #səhm bazarı #Nvidia #Səhmlərin ucuzlaşması #Apple səhmləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    4SİM və AzMİU arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

    29 Yanvar 2026 16:10

    Süni intellekt ixtisaslarına tələbat artacaq - Dövlət Məşğulluq Agentliyi

    27 Yanvar 2026 17:07

    Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - MEDİA

    27 Yanvar 2026 11:58

    Dövlət Komitəsinin sədri Misirdə beynəlxalq konfransda çıxış edib

    21 Yanvar 2026 14:14

    E-sosial platformasında süni intellekt əsaslı “iDost” rəqəmsal köməkçi xidməti tətbiq olunub

    6 Yanvar 2026 13:41

    2025-ci ildə süni intellekt səhiyyə xidmətlərini necə dəyişdi?

    27 Dekabr 2025 14:06

    “Microsoft” Windows 11-də RAM istifadəsinin azaldıldığını açıqlayıb

    27 Dekabr 2025 09:57

    Qazaxıstan süni intellekt üzrə Mərkəzi Asiyanın lideridir

    25 Dekabr 2025 11:15

    “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb

    24 Dekabr 2025 13:40

    Strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik - ABŞ səfirliyi

    20 Dekabr 2025 10:48

    Volkswagen Almaniyada bir zavodda istehsalı tam dayandırdı

    14 Dekabr 2025 17:09

    Müasir hərbi texnologiyalar haqqında nə bilirik?

    11 Dekabr 2025 04:00
    Demo
    XƏBƏR LENTİ

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    Türkiyədə yeni inzibati bina tikintisi üçün tender elan edilib

    Yanvar ayında Türkiyədən Misirə xalça ixracı azalıb (ÖZƏL)

    Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazandı

    Keçən il Türkiyənin Ambarlı limanı 4 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Dövlət Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerasında olublar

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər

    İran prezidenti: ABŞ ilə danışıqlar "irəliyə doğru addımdır"

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.