Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Microsoft Rusiyadan rəsmi olaraq çəkilir

    2 İyun 2025 10:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Microsoft Rusiyada fəaliyyətini tam dayandırır.

    AzerVoice xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi Microsoft Rusiyadakı törəmə şirkəti “Microsoft Rus” MMC-nin iflasını rəsmən elan etməyə hazırlaşır.

    Bu qərar şirkətin Rusiyadakı fəaliyyətinin tamamilə dayandırılması istiqamətində atılan son addım kimi qiymətləndirilir.

    Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin daha əvvəl Microsoft və Zoom kimi Qərb texnologiya şirkətlərini birbaşa hədəf alaraq bu xidmətlərin yerli alternativlərlə əvəz olunmasının vacibliyini vurğulamışdı. Rusiya rəqəmsal müstəqillik strategiyası çərçivəsində bu şirkətlərin fəaliyyətini məhdudlaşdırmağa yönəlik addımlar atmışdı.

    Microsoft 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsindən sonra ölkədəki fəaliyyətini mərhələli şəkildə azaltmağa başlamışdı. Həmin ilin iyununda verilən açıqlamada, şirkət dəyişən iqtisadi şərait və strateji planlara əsasən fəaliyyətini minimuma endirdiyini bildirmişdi.

    Hazırda “Microsoft Rus” MMC-nin iflas prosesi gündəmdə olsa da, “Microsoft İnkişaf Mərkəzi Rus”, “Microsoft Mobile Rus” və “Microsoft Payments Rus” kimi törəmə qurumların gələcək taleyi hələlik məlum deyil.

    Qeyd edək ki, 2022-ci ildə Google da Rusiyada oxşar taleyi yaşamışdı. “Google Rus” MMC bank hesablarının dondurulması səbəbindən əməliyyatlarını davam etdirə bilmədiyini açıqlayaraq iflas etmişdi. Bu tendensiya Qərb texnologiya şirkətlərinin Rusiya bazarından ard-arda çıxışını gündəmə gətirib.

    #Rusiya #ABŞ #Vladimir Putin #Microsoft #Rusiya Qərb şirkətləri ilə bağlı sanksiyalar #Microsoft Rusiya-Ukrayna müharibəsi #Microsoft-un Rusiya qərarı #Rusiya texnologiya bazarı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

    10 Fevral 2026 17:50

    Joze Mourinyo 2026 Dünya Kubokundan sonra Portuqaliya millisinin baş məşqçisi ola bilər

    10 Fevral 2026 17:26

    Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

    10 Fevral 2026 13:08

    ABŞ Ticarət Palatasının biznes missiyası çərçivəsində enerji əməkdaşlığı müzakirə edilib

    10 Fevral 2026 11:56

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    ABŞ-da Rümeysa Öztürkün deportasiya prosesi dayandırılıb

    10 Fevral 2026 10:27

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11

    ABŞ Ticarət Palatasının Azərbaycana biznes missiyası çərçivəsində dəyirmi masa keçirilib

    9 Fevral 2026 16:32

    Azərbaycan vətəndaş cəmiyyəti ABŞ vitse-prezidentinə açıq məktub ünvanlayıb

    9 Fevral 2026 16:23

    “Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat

    8 Fevral 2026 22:48

    Qərbi Azərbaycan İcması Ermənistan məhkəməsinin addımını revanşistlərin sülhə qarşı cəhdi adlandırdı

    8 Fevral 2026 17:49

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin ABŞ-nin Vitse-prezidenti ilə geniş tərkibdə görüşü başlayıb

    Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə məhdud tərkibdə görüşü başlayıb

    Bakıda Amerika Birləşmiş Ştatlarının Vitse-prezidentinin rəsmi qarşılanma mərasimi olub

    Ankara Esenboğa Hava Limanında yanvar rekordu: Beynəlxalq sərnişin sayında 30 faiz artım

    Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

    QİAD və TECHERA Qubada biznes və rəqəmsal inkişaf sammiti keçirəcək

    Joze Mourinyo 2026 Dünya Kubokundan sonra Portuqaliya millisinin baş məşqçisi ola bilər

    Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı

    Misirdə kabinet islahatı: Prezident Sisi yeni hökumətin hədəflərini açıqlayıb

    Bələdiyyələr üçün iqlim və enerji sahəsində Aİ təşəbbüsü təqdim edilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.