Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    OPEC+ ölkələri dekabrda gündəlik neft hasilatını 137 min barel artıracaq

    3 Noyabr 2025 09:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət olan OPEC+ qrupunun üzvü olan 8 ölkə, dekabr ayında gündəlik neft hasilatını 137 min barel artırmaq qərarına gəlib.

    AzerVoice xəbər verir ki, OPEC tərəfindən verilən açıqlamaya əsasən, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman qlobal bazar şərtlərini və perspektivlərini qiymətləndirmək üçün onlayn toplantı keçirib.

    Toplantıda 2023-cü ilin aprel ayında elan edilən gündəlik 1,65 milyon barellik əlavə könüllü hasilat azaldılması məsələsi müzakirə olunub. “Davamlı qlobal iqtisadi görünüş və aşağı neft ehtiyatlarının əks etdirdiyi sağlam bazar əsaslarını” nəzərə alan ölkələr, dekabr ayında gündəlik hasilatı 137 min barel artırmaq barədə razılığa gəliblər.

    OPEC+ qrupunun bu 8 üzv ölkəsi həmçinin mövsümi səbəblərlə gələn ilin yanvar-mart dövründə hasilat artımını dayandırmaq barədə də razılığa gəlib.

    Bu ölkələr, 5 oktyabrda keçirilən son toplantıda noyabr ayı üçün hasilatı gündəlik 137 min barel artırmaq barədə qərar qəbul etmişdilər.

    Qrupun növbəti toplantısı 30 noyabrda keçiriləcək.

    OPEC+ qrupunun hasilat azaldılması mart ayında gündəlik 5,85 milyon barel səviyyəsinə çatmışdı. Bu miqdar, qlobal tələbin təxminən 5,7 faizinə bərabərdir və qrupun 2022-ci ilin oktyabrında elan etdiyi gündəlik 2 milyon barellik hasilat azaldılması, 2023-cü ilin aprelində elan etdiyi 1,65 milyon barellik könüllü azalma və 2023-cü ilin noyabrında açıqlanan 2,2 milyon barellik əlavə azalma qərarlarından ibarətdir.

    Sözügedən ölkələr bu azaldılmaların gündəlik 2,2 milyon barellik hissəsini sentyabrın sonunadək ləğv etmiş, oktyabr ayında isə gündəlik 1,65 milyon barellik azaldılmanın tədricən geri çəkilməsinə başlamışdılar.

    #neft #Küveyt #Birləşmiş Ərəb Əmirlikləri #Rusiya #Səudiyyə Ərəbistanı #Əlcəzair #İraq #OPEC #neft-qaz #OPEC+ #neft məhsulları #neft ixracı #Neft qiyməti #neft hasilatı #Neft ixracı və idxalı #Beynəlxalq neft daşınması #İraq neft sektoru #Rusiyadan neft asılılığının azaldılması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fənərbaxça prezidenti Kante transferinə görə Ərdoğana təşəkkür edib

    4 Fevral 2026 11:54

    Ərdoğan Misirə səfər edəcək

    4 Fevral 2026 11:03

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib

    4 Fevral 2026 00:40

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əbu-Dabidə "İnsan Qardaşlığı Məclisi" tədbirində iştirak edib

    4 Fevral 2026 00:39

    Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

    3 Fevral 2026 19:07

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması planlaşdırılır

    3 Fevral 2026 17:26

    Ronaldo Əl-Nəsrdən ayrıla bilər

    3 Fevral 2026 11:04

    Elm və təhsil sahəsində Azərbaycan–Səudiyyə Ərəbistanı əməkdaşlığı müzakirə olunub

    3 Fevral 2026 09:36

    Benzema “Əl-Hilal” futbol klubu ilə müqavilə imzaladı

    3 Fevral 2026 09:23

    Kristiano Ronaldo narazıdır - Əl-Nəsrdə transfer böhranı böyüyür

    2 Fevral 2026 15:16

    Ərdoğan Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək

    2 Fevral 2026 13:52

    25 vaqon Rusiya taxılı Azərbaycandan keçməklə Ermənistana göndərildi

    1 Fevral 2026 15:52
    Demo
    XƏBƏR LENTİ

    Yanvar ayında Türkiyənin dəri məhsulları ixracı azalıb (ÖZƏL)

    Rəfah sərhəd məntəqəsi vasitəsilə xəstələrin təxliyəsi dayandırılıb

    Qəddafinin oğlu öldürüldü

    Azərbaycan və Ermənistan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək imkanlarını araşdırmağa davam etmək barədə razılığa gəliblər

    ABŞ Nigeriyaya hərbi dəstə göndərib

    Keçən il Türkiyə limanları 414 mindən çox yük qəbul edib (ÖZƏL)

    Daha iki ünvanda minib-düşmə yeri yaradılıb

    Fənərbaxça prezidenti Kante transferinə görə Ərdoğana təşəkkür edib

    “İƏİT Avrasiya Həftəsi - 2026”da Azərbaycanın iqtisadi inkişaf prioritetləri barədə məlumat verilib

    İsrail ordusu HƏMAS-ın silahlarını təhvil verməsi üçün toplama məntəqələri qurub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.