#Əlcəzair

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Əbdülməcid Tebbun tərəfindən qəbul edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Tərəflər Azərbaycan və Əlcəzair arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirib, yüksək səviyyəli siyasi dialoqun qorunmasının və müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində bu ölkənin Xalq Milli Məclisinin sədri İbrahim Buğali ilə görüşüb. Ceyhun Bayramov bu barədə öz "X" hesabında paylaşım edib. Görüş zamanı Azərbaycan və Əlcəzair arasında parlamentlərarası və parlament əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələrdən ibarət olan OPEC+ qrupunun üzvü olan 8 ölkə, dekabr ayında gündəlik neft hasilatını 137 min barel artırmaq qərarına gəlib. OPEC tərəfindən verilən açıqlamaya əsasən, Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman qlobal bazar şərtlərini və perspektivlərini qiymətləndirmək üçün onlayn toplantı keçirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi Əlcəzairi “dost ölkə” və “Afrika qitəsində əsas tərəfdaş” adlandırıb. O, MAQATE ilə Əlcəzair arasında uzun illər davam edən əməkdaşlığı yüksək qiymətləndirərək, ölkənin mülki nüvə texnologiyaları sahəsində əldə etdiyi mühüm nailiyyətləri vurğulayıb.

Əlcəzair hökuməti 2026-cı il üçün ölkə tarixində ən böyük dövlət büdcəsini təsdiqləyib. Ümumi xərclərin həcmi 131 milyard dollar təşkil edir ki, bu da 2025-ci illə müqayisədə 5 milyard dollar çoxdur. Artım əsasən müdafiə və sosial təminat sahələrinə yönəlib.

Fransada İslam dini ibadətlərini yerinə yetirmək çətin bir məsələdir və burada yaşamayan birisi üçün bəlkə də təsəvvür olunmaz dərəcədə çətindir. Məsələn, məscidlərdə namaz qılmaq müxtəlif səbəblərdən çətindir. Hicab isə tam bir “ittiham” sayılır, qadınlara işləmək, övladlarını məktəbə müşayiət etmək, hətta idman etmək hüququ belə tanınmır. İslam məktəblərinin çoxu bağlanıb, qalan az bir qismi də qaçılmaz olaraq növbəsini gözləyir.

OPEC+ ölkələri daha əvvəl elan etdikləri könüllü hasilat məhdudiyyətlərini pozaraq kvotaları aşdıqları üçün 2026-cı ilin iyul ayına qədər gündəlik 4,779 milyon barel artıq hasilatı kompensasiya etməlidirlər. Yenilənmiş qrafikə əsasən, ümumi öhdəliyin ən böyük hissəsi Qazaxıstanın payına düşür. Ölkə gündə 2,63 milyon barel həcmində hasilatı kompensasiya etməlidir. Bu azalma 2026-cı ilin iyun ayınadək mərhələlərlə həyata keçiriləcək. Əsas yüklənmə isə həmin ilin birinci yarısına təsadüf edir: yanvarda gündə 100 min barel, fevralda 300 min barel, martda 450 min barel, apreldə 490 min barel, mayda 550 min barel, iyunda isə 650 min barel azalma planlaşdırılır. Bu ilin sonunadək isə ölkə hər ay gündə 10–35 min barel arasında hasilatı azaltmalıdır.