Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Şimali Kipr Türk Cümhuriyyəti Prezidenti və Rum Lideri BMT-nin iştirakı olmadan birbaşa görüşəcək

    31 Oktyabr 2025 16:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Prezidenti Tufan Erhürman açıqlayıb ki, o, Cənubi Kipr Rum Administrasiyasının (GKRY) lideri Nikos Hristodulidis ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) iştirakı olmadan birbaşa görüş keçirmək barədə razılığa gəlib. Prezidentin sözlərinə görə, görüşün tarixi hələ müəyyən edilməyib.

    AzerVoice xəbər verir ki, Erhürman bu açıqlamanı BMT Baş katibinin Kipr üzrə xüsusi nümayəndəsi və BMT Sülhməramlı Qüvvələrinin (UNFICYP) rəhbəri Xassim Diagne ilə ŞKTC Prezidentliyində baş tutan görüşdən sonra verib. Təxminən yarım saat davam edən görüşdə tərəflər Kipr məsələsi, texniki komitələrin fəaliyyəti və adadakı son siyasi proseslər barədə fikir mübadiləsi aparıblar.

    Jurnalistlərə açıqlama verən Erhürman deyib:

    “Hristodulidis ilə telefon danışığımız zamanı yaxın həftələrdə bir görüş keçirmək barədə razılaşdıq. BMT-nin iştirak etmədiyi, yalnız hər iki tərəfin öz nümayəndələrinin yer alacağı bir görüş olacaq. Görüşün tarixi hələ dəqiqləşməyib, lakin bu barədə razılığa gəlmişik.”

    Prezident əlavə edib ki, BMT Baş katibinin şəxsi nümayəndəsi Maria Angela Holguin Cuellar ilə daimi əlaqə saxlayır və onunla 5 dekabrda görüşə biləcəyini bildirib.

    Erhürman, həmçinin Xassim Diagne-yə yeni vəzifəsində uğurlar arzuladığını, iki tərəf arasında gündəlik həyatı asanlaşdıracaq texniki komitələrin fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib.

    BMT-nin Kipr üzrə xüsusi nümayəndəsi Xassim Diagne isə görüşdən sonra açıqlama verərək, Erhürmanla ilk dəfə görüşməkdən məmnunluğunu ifadə edib. O, BMT Baş katibi Antonio Quterreşin 27 oktyabrda Erhürmana göndərdiyi məktubu xatırladaraq, Baş katibin onu vəzifəyə başlaması münasibətilə təbrik etdiyini bildirib.

    Diagne vurğulayıb ki, BMT Kipr adasında sülh və sabitliyin təmin edilməsi, eləcə də adadakı bütün icmaların rifahı və təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək:

    “Baş katibin və BMT-nin təmsilçisi kimi, Kiprdə davamlı və ədalətli sülhün bərqərar olması üçün bütün səylərimizi göstərəcəyik.”

    #BMT #Şimali Kİpr Türk Respublikası #Nikos Christodoulides #BMT sülhməramlı qüvvələri #Cənubi Kipr Rum Administrasiyası #Tufan Erhürman #Adada sülh və əməkdaşlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hüquq Bələdçisi - Mediasiyanın prinsipləri

    26 Yanvar 2026 12:05

    İqtisadiyyat nazirinin müavini Türkmənistanda SPECA Həftəsi çərçivəsində tədbirlərdə iştirak edib

    26 Yanvar 2026 11:49

    Milli Məclisin sədri Sahibə Qafarova Bəhreynin Nümayəndələr Şurasının sədri ilə görüşdü

    25 Yanvar 2026 23:00

    Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Şura Məclisinin sədri ilə görüşüb

    25 Yanvar 2026 19:29

    SPECA iqlim dəyişikliyi üzrə dayanıqlı şəhərlər forumu yaradacaq

    24 Yanvar 2026 14:43

    Si Cinpin Trampın “Sülh Şurası” təşəbbüsünə qarşı çıxaraq BMT-nin mərkəzi rolunu müdafiə edib

    23 Yanvar 2026 12:57

    İqtisadiyyat nazirinin müavini SPECA İqtisadi Forumunda iştirak edib

    22 Yanvar 2026 15:41

    Netanyahu ABŞ-ın Sülh Şurasına qoşulmağa razılıq verdi

    21 Yanvar 2026 13:49

    Ombudsman bəyanat yaydı

    19 Yanvar 2026 14:41

    Bakıda zikhlərə və etnik azlıqlara qarşı repressiyalar müzakirə olunacaq

    15 Yanvar 2026 12:12

    Aİ Kipr türk xalqını görməzdən gəldikcə etibar qazana bilməz - Şimali Kipr

    10 Yanvar 2026 16:21

    Qanunu batıran qəsb: “Marinera” dənizlərdə qüvvələr balansını necə dəyişdi

    9 Yanvar 2026 16:56
    Demo
    XƏBƏR LENTİ

    AQC-nin yeni İdarə Heyətinin iclasında mühüm qərarlar qəbul edilib

    Bakı Metropoliteninin nümayəndə heyəti Çində strateji görüşlər keçirib

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazaxıstan Milli Bankı arasında yeni əməkdaşlıq perspektivləri müzakirə edilib

    Aİ İranın əsas güc strukturunu terror siyahısına salmağa hazırlaşır - Rufiz Hafizoğlu

    Türkiyə ilə Nigeriya strateji tərəfdaşlığı gücləndirir

    Qrenlandiya böhranı böyüyür - Avropa Trampın təzyiqlərinə qarşı birləşir

    İraqda prezident seçkisi təxirə salındı

    Nigeriya ilə 5 milyard dollarlıq ticarəti hədəfləyirik - Ərdoğan

    Dövlət Məşğulluq Agentliyi 2025-ci ilin yekunlarını və 2026-cı ilin hədəflərini açıqlayıb

    Pəhləvi İtaliyanın SEPAH-ı terror siyahısına salmaq təşəbbüsünü dəstəklədi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.