Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    ABŞ Polşaya 780 milyon dollarlıq Javelin raket sistemləri satışını təsdiqlədi

    19 Sentyabr 2025 16:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    ABŞ Dövlət Departamenti, Polşaya 780 milyon dollar dəyərində hərbi satışa – 2 min 506 ədəd Javelin raketi və 253 buraxılış qurğusunun verilməsinə rəsmi olaraq razılıq verib. Bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA) tərəfindən yayımlanıb.

    AzerVoice xəbər verir ki, agentliyin açıqlamasına görə, Polşa hökuməti raketlərlə yanaşı, onların texniki və logistika dəstəyi ilə bağlı müraciət edib və bu satış paketi Konqresə təqdim olunaraq təsdiqlənib. Bildirilib ki, satışın ümumi dəyəri 780 milyon dollar təşkil edir.

    Satış çərçivəsində Polşaya yalnız raket və buraxılış qurğuları deyil, eyni zamanda raket simulyasiya mərmiləri, batareya soyutma blokları, alət dəstləri, ehtiyat hissələri, ABŞ hökuməti və podratçılar tərəfindən veriləcək texniki yardım, nəqliyyat və digər əlaqəli logistika dəstəkləri də təqdim olunacaq.

    DSCA-nın məlumatına əsasən, bu satış, ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarına uyğun olaraq, Avropada siyasi və iqtisadi sabitliyin qorunmasında mühüm rol oynayan NATO müttəfiqi Polşanın təhlükəsizliyini gücləndirməyə xidmət edəcək.

    Eyni zamanda, bu silahlanma Polşanın köhnəlmiş hərbi infrastrukturunu modernləşdirəcək, ölkənin müdafiə qabiliyyətini artıracaq və NATO-nun kollektiv təhlükəsizlik tələblərinə uyğunluğunu daha da gücləndirəcək. Satışın, regionda hərbi güc balansını dəyişdirməyəcəyi və Polşanın bu sistemləri ordusuna problemsiz şəkildə inteqrasiya edə biləcəyi vurğulanıb.

    #ABŞ #NATO #Polşa #müdafiə sənayesi məhsulları #NATO sammiti #ABŞ müdafiə büdcəsi #ABŞ Müdafiə Naziri #ABŞ müdafiə xərcləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin müdafiə və aviasiya sənayesinin ixracı 10 ayda 6,7 milyard dollara çatıb

    4 Noyabr 2025 16:18

    Hakan Fidan Finlandiyaya səfər edəcək

    4 Noyabr 2025 14:31

    ABŞ-dan İraq-Türkiyə su əməkdaşlığına dəstək

    4 Noyabr 2025 11:46

    Qəzza atəşkəsinin monitorinqi çətindir - ABŞ Milli Kəşfiyyat Direktoru

    4 Noyabr 2025 09:39

    ABŞ-də hökümət üzvləri təhlükəsizlik səbəbilə hərbi bazalara köçürülüb

    3 Noyabr 2025 19:23

    Əş-Şaraa Vaşinqtona səfər edəcək

    1 Noyabr 2025 22:09

    Nigeriyada xristianlar mövcudluq təhlükəsi ilə üz-üzədir - Tramp

    1 Noyabr 2025 12:09

    Zəngəzur dəhlizi: Asiya və Avropanın uzlaşma layihəsi

    1 Noyabr 2025 09:21

    Əfqanıstan Pakistanla görüşlərə başladı, Türkiyə və Qətərə təşəkkür etdi

    31 Oktyabr 2025 12:30

    Türkiyənin yerli tankı “Altay” Bakı üçün də gərəkli ola bilər

    31 Oktyabr 2025 11:32

    Türk-Alman əməkdaşlığı Avropanın təhlükəsizliyi üçün vazkeçilməzdir - Ərdoğan

    30 Oktyabr 2025 17:42

    Türkiyə ilə yaxın tərəfdaşlığı genişləndirmək istəyirik - Merts

    30 Oktyabr 2025 11:57
    Demo
    XƏBƏR LENTİ

    Qarabağ – Çelsi oyunu öncəsi rəqəmlər, tarix və əsas göstəricilər

    Brüssel Hava Limanı dron təhlükəsi səbəbindən bağlanıb

    Bakı metrosu gücləndirilmiş rejimdə işləyəcək

    Türkiyənin tekstil ixracı 7 milyard dolları keçib (ÖZƏL)

    Türkiyədə 41 şəhərdə silah qaçaqmalçılarına qarşı əməliyyat keçirilib

    Məhəmməd Şiə əs-Sudani ikinci dəfə Baş nazir olacaqmı?

    Ağlın Yolu

    Zəfər xronikası. 5 noyabr 2020-ci il: Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib

    Zahran Mamdani kimdir?

    Amerikalı müsəlman Zahran Məmdani Nyu-Yorkun meri seçildi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.