Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    ABŞ-də hökümət üzvləri təhlükəsizlik səbəbilə hərbi bazalara köçürülüb

    3 Noyabr 2025 19:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ Prezidenti Donald Trampın administrasiyasında təhlükəsizlik narahatlıqları fonunda bir sıra yüksək vəzifəli rəsmilərin Vaşinqtondakı evlərini tərk edərək hərbi bazalara köçdüyü bildirilir.

    AzerVoice-un məlumatına görə, ABŞ müharibə naziri Pit Hegseth, Dövlət katibi Marko Rubio və bir neçə digər kabinə üzvü paytaxtdan kənardakı hərbi hissələrdə yerləşdirilən xüsusi yaşayış sahələrinə keçiblər. Rəsmilər sentyabr ayında mühafizəkar fəal Çarli Kirkə qarşı törədilən sui-qəsddən sonra təhlükəsizlik tədbirlərinin artırılmasını tələb etmişdilər.

    Kirk-in Yuta ştatında qətlə yetirilməsinin ardınca Ağ Ev Antifa təşkilatını daxili terror qurumu kimi tanıdığını açıqlamışdı. Bu qərar ölkənin müxtəlif bölgələrində etirazlara, dövlət rəsmilərinə qarşı təhdidlərin artmasına və onların şəxsi ünvanlarının internetdə ifşa edilməsinə gətirib çıxarıb.

    Administrasiyanın adının açıqlanmasını istəməyən yüksək vəzifəli üzvü bildirib ki, yaşayış yerini tərk edib hərbi bazaya köçməsi “müəyyən xarici təhlükə ilə əlaqədardır”.

    Hazırda ümumilikdə altı yüksək vəzifəli ABŞ rəsmisinin hərbi bazalarda xüsusi ayrılmış evlərdə yaşadığı iddia olunur.

    ABŞ Müdafiə Nazirliyinin mənbələrinə əsasən, Müdafiə naziri Pit Hegseth və Dövlət katibi Marko Rubio Fort McNair bazasının “Generals’ Row” adlı hissəsinə köçürülüb.

    ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem-in Anacostia–Bolling bazasında, Quru Qoşunları naziri Den Driskollun isə Myer-Henderson Hall bazasında məskunlaşdığı bildirilir.

    Artan tələb səbəbilə hərbi bazalarda yaşayış yerlərinin çatışmazlığı yaranıb. Hətta keçmiş Milli Kəşfiyyat direktoru Tulsi Qabbardın Fort McNair-ə dair müraciətinin rədd edildiyi iddia olunur.

    Yüksək rütbəli general və admiral üçün nəzərdə tutulmuş evlərin mülki hökumət üzvlərinə verilməsi hərbi komandanlıqda narahatlıq yaratdığı iddia edilir. Bu prosesin yalnız təhlükəsizlik addımı kimi deyil, həm də ABŞ-da daxili siyasi bölünmənin dərinləşməsinin göstəricisi kimi qiymətləndirilir.

    Bildirilir ki, ölkə faktiki olaraq “görünməyən xarici risklər”, eyni zamanda daxili etirazlar və siyasi təhdidlər fonunda təhlükəsizlik vəziyyətinin sərt şəkildə qiymətləndirildiyi mərhələyə keçib.

    “The Guardian” nəşrinin əldə etdiyi Pentaqon sənədində bütün ştatlarda “sürətli reaksiya qüvvələri”nin yaradılması göstərişi verildiyi qeyd olunur. Sənədə görə, hər ştat orta hesabla 500 nəfərlik xüsusi təlim keçmiş əsgər ayıracaq və ümumilikdə 23 500 hərbi qulluqçu daxili təhlükəsizlik üzrə tez cavab verən qüvvə kimi hazırlanacaq.

    Qüvvələrə qalxanlar, rezin dəyənəklər, elektroşok cihazları və gözyaşardıcı qazdan istifadə üzrə xüsusi təlimlərin keçirilməsi nəzərdə tutulur.

    Ekspertlər bildirirlər ki, müharibə elan olunmadan yüksək vəzifəli rəhbərliyin hərbi bazalara yerləşdirilməsi ABŞ tarixində nadir hadisədir və ölkənin daxili təhlükəsizlik konsepsiyasında yeni mərhələyə keçildiyini göstərir.

    #ABŞ #Donald Tramp #Pentaqon #Marko Rubio #ABŞ-ın müdafiə naziri Pete Hegseth #ABŞ Müharibə Nazirliyi #Respublikaçı fəal Çarli Kirk #Antifa təşkilatı #ABŞ Daxili Təhlükəsizlik Nazirliyi #Kristi Noem #ABŞ Quru Qoşunları Nazirliyi #Den Driskoll #ABŞ hökümət üzvlərinin hərbi bazalara köçməsi #ABŞ-də təhlükəsizlik tədbirləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    9 Noyabr 2025 20:15

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    9 Noyabr 2025 18:24

    Çin raket arsenalını genişləndirir

    8 Noyabr 2025 22:40

    Bayden İsrailin hüquq pozuntuları ilə bağlı məlumatları görməzlikdən gəlib

    8 Noyabr 2025 21:00

    Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi çox yaxındadır - Tramp

    8 Noyabr 2025 12:08

    Qəzzada beynəlxalq sabitlik qüvvələri tezliklə ərazidə fəaliyyətə başlayacaq - Tramp

    7 Noyabr 2025 12:01

    İsrail Qəzzaya yardım əvəzinə cips və şokolad göndərir

    7 Noyabr 2025 04:00

    Sudanda atəşkəs elan edildi

    7 Noyabr 2025 02:00

    Ceyhun Bayramov NATO nümayəndə heyəti ilə görüşüb

    6 Noyabr 2025 18:34

    Tarifələrin ləğvi bütün dünyanı böhrana sürükləyə bilər - Tramp

    6 Noyabr 2025 12:04

    ABŞ-ın Qəzza ilə bağlı BMT qətnamə layihəsinə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ dəstək verib

    6 Noyabr 2025 09:38
    Demo
    XƏBƏR LENTİ

    Nyu Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb (FOTO)

    Gədəbəydə yaşayış binasında yanğın olub

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    ABŞ-la hazırda danışıqlar mümkün deyil - İran

    Kinemortofobiya nədir?

    Göyçayda ənənəvi "Nar Festivalı" keçirildi

    Ənənəvi evlər və fermalar Əl-Qasımda ilboyu fəaliyyət göstərən turizm mərkəzlərinə çevrilir

    Türkiyədən İrana sement ixracı 6 milyon dolları keçib (ÖZƏL)

    Ərdoğan Bakıda Ankaranın sabiq polis rəisi, Daxili İşlər Nazirliyi sabiq müşaviri Servet Yılmazla görüşüb

    Türkiyəyə səfər edən Qırğızıstan turistlərinin sayı 150 mini keçib (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.