Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Pakistanın Pəncab əyalətində daşqınlar səbəbindən 122 min insan təxliyə edilib

    9 Sentyabr 2025 14:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Pakistanın Pəncab əyalətinin şərqində güclü yağışlar nəticəsində baş verən daşqınlar son 24 saat ərzində 122 mindən çox insanın təxliyəsinə səbəb olub.

    AzerVoice xəbər verir ki, Pəncab Təbii Fəlakətlərin İdarə Olunması İdarəsinin (PDMA) baş direktoru İrfan Əli Katia, əyalətin Cəlalpur Pirvala şəhərində aparılan təxliyə işləri ilə bağlı açıqlama verib.

    O bildirib ki, Cəlalpur Pirvala şəhərində son 24 saat ərzində 122 mindən artıq insan evlərini tərk etmək məcburiyyətində qalıb. Çoxları ya qohumlarının yanına sığınıb, ya da yardım düşərgələrində yerləşdirilib.

    Katia əlavə edib ki, ötən aydan bəri davam edən daşqınlar nəticəsində ümumilikdə Pəncabda 2,2 milyon insan yerindən didərgin düşüb, 3900-dən çox kənd isə su altında qalıb.

    Digər tərəfdən, keçən aydan bu yana baş verən daşqınlarda ən azı 61 nəfər həyatını itirib.

    Pakistanın Milli Fəlakətlərin İdarəolunması Təşkilatının məlumatına görə, 26 iyun tarixində başlayan musson yağışları nəticəsində ölənlərin ümumi sayı 910 nəfərə çatıb.

    Rəsmilər bildirirlər ki, bu daşqınlar 2022-ci ildə ölkənin üçdə birini su altında qoyan, 1700-dən çox insanın ölümünə və 32 milyard dollarlıq ziyana səbəb olan fəlakətdən sonra baş verən ən böyük təbii hadisədir.

    #Pakistan #daşqın #Pakistan məsciddə partlayış 2025 #fırtına və daşqınlar #Pəncab #fəlakətlərin statistikası #daşqınlar necə baş verir #iqlim dəyişikliyi və daşqınlar #Pəncab Təbii Fəlakətlərin İdarə Olunması İdarəsinin (PDMA)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pakistanın sabiq Baş nazirinə hökm oxundu

    20 Dekabr 2025 11:53

    İran Pakistan və Əfqanıstan danışıqlarına vasitəçilik edəcək

    11 Dekabr 2025 12:39

    Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub

    9 Dekabr 2025 16:25

    İndoneziyada daşqın qurbanlarının sayı 900 nəfəri ötüb

    6 Dekabr 2025 14:29

    Pakistan - Əfqanıstan sərhədində yenidən gərginlik yaranıb

    6 Dekabr 2025 13:05

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Türkiyə və Pakistan neft və qaz sahələrində anlaşma imzalayıb

    2 Dekabr 2025 17:13

    İran yalnız real və nəticəsi əvvəlcədən müəyyən edilməyən danışıqları qəbul edər - Laricani

    26 Noyabr 2025 15:28

    Pakistanın Baş naziri Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib

    26 Noyabr 2025 10:18

    İran və Pakistan strateji əməkdaşlığı genişləndirməyə hazırlaşır

    25 Noyabr 2025 14:23

    Pakistan ordusu 20-dən çox Hindistan terrorçusunu məhv edib

    25 Noyabr 2025 11:31

    Laricanı bu gün Pakistana səfər edəcək

    24 Noyabr 2025 13:06
    Demo
    XƏBƏR LENTİ

    Türkiyənin Ambarlı limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Beyrut və Tehran arasında yeni və daha gərgin mərhələ

    Yuxuda qurd südü içənlər nəyə diqqət etməlidir?

    Post-həqiqət dövründə siyasi marketinq: Donald Tramp nümunəsi

    Antisemitizm İsrailə nə qazandırdı?

    Bu gün Pan Am 103 saylı reys Şotlandiya üzərində partladıldı- hadisə necə baş verdi?

    Tarixdə bu gün – 21 Dekabr

    Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlər RSF üçün kolumbiyalı muzdlular toplayıb

    Husilər tərəfindən saxlanılan əməkdaşların sayı 69-a çatıb - BMT

    İordaniya Suriyada İŞİD-ə qarşı keçirilən əməliyyatda iştirak edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.