
BAKI, AzerVoice
Pakistanın sabiq Baş naziri İmran Xan və həyat yoldaşı Buşra Bibi korrupsiya işi ilə bağlı 17 il müddətinə azadlıqdan məhrum ediliblər.
AzerVoice bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Toşaxana” işi 2021-ci ildə Səudiyyə Ərəbistanı hökuməti tərəfindən sabiq Baş nazir və həyat yoldaşına təqdim edilmiş bahalı hədiyyələr ilə bağlı qanunsuz əməliyyatlara aiddir.
Xüsusi məhkəmənin hakimi Şahrux Arjuman hökmü Pakistanın Rəvəlpəndi şəhərində yerləşən, yüksək mühafizə rejimli həbsxanasında elan edib.
İmran Xan və Buşra Bibi Pakistan Cinayət Məcəlləsinin 409-cu maddəsi (etibardan sui-istifadə) üzrə 10 il, Korrupsiyanın Qarşısının Alınması Haqqında Qanunun müxtəlif maddələri üzrə isə əlavə olaraq 7 il azadlıqdan məhrum ediliblər. Məhkəmə, həmçinin onların hər biri barəsində 10 milyon məbləğində cərimə tətbiq edib.