Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Mədəniyyət

    Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub

    9 Dekabr 2025 16:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    5-11 dekabr tarixlərində paytaxtımızda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbirində onlarla ölkədən və beynəlxalq təşkilatdan rəsmi şəxslər də iştirak edir.

    AzerVoice xəbər verir ki, dekabrın 9-da Bakı Konqres Mərkəzində mədəniyyət naziri Adil Kərimli ilə Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Xan Xiçi (Aurangzeb Khan Khichi) arasında görüş keçirilib.

    Pakistanlı həmkarını səmimi salamlayan Adil Kərimli qardaş ölkənin beynəlxalq festivalda yüksək səviyyədə təmsil olunmasına görə təşəkkürünü bildirib. Azərbaycan və Pakistan xalqlarını möhkəm dostluq və qardaşlıq tellərinin birləşdirdiyini deyən nazir iki ölkə liderlərinin səmimi münasibətlərinin əlaqələrin yüksək səviyyəsini şərtləndirdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Pakistan daim Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləyib və iki ölkə arasında münasibətlər ildən-ilə daha da möhkəmlənir.

    Pakistanın federal milli irs və mədəniyyət naziri Aurangzeb Xan Xiçi səmimi görüşə görə təşəkkürünü bildirib. İki ölkənin mədəniyyət sahəsində əməkdaşlığı üçün geniş potensialın olduğunu vurğulayan qonaq nazir bunun üçün yol xəritəsinin, əməkdaşlıq proqramının hazırlanmasının zəruriliyini qeyd edib.

    Görüşdə mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

    Sonda qonaq nazirə ölkəmizlə bağlı nəşrlər hədiyyə edilib, xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub
    Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub
    #Azərbaycan #Bakı #Pakistan #Mədəniyyət Nazirliyi #Adil Kərimli #İslamabad #İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sloveniya yığmasının sabiq üzvü Azərbaycanda oynaya bilər

    18 Yanvar 2026 14:25

    BDYPİ bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə müraciət etdi

    18 Yanvar 2026 13:57

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    18 Yanvar 2026 13:54

    Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

    18 Yanvar 2026 13:35

    Azərbaycan Voleybol Federasiyası növbəti seçimlərini Sumqayıtda həyata keçirdi

    18 Yanvar 2026 13:16

    Bu gün Afrika Millətlər Kubokunun final oyunu keçiriləcək

    18 Yanvar 2026 10:24

    AYNA beynəlxalq yükdaşıma sektorunda yeni layihəyə başlayır: 5000 yeni sürücü

    17 Yanvar 2026 15:54

    Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Göygöl rayonunda vətəndaşları qəbul edib

    17 Yanvar 2026 13:36

    Türkiyə 17 axtarılan şəxsi xaricdən gətirdi

    17 Yanvar 2026 13:25

    Pakistan Baş naziri Şahbaz Şərif ASAN Xidmət nümayəndə heyətini qəbul edib

    16 Yanvar 2026 15:51

    Hindistanda müsəlmanlar və xristianlar əziyyət çəkir - Rameş Sinq Arora

    16 Yanvar 2026 12:57

    Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

    16 Yanvar 2026 12:50
    Demo
    XƏBƏR LENTİ

    QSD ABŞ-ın Suriyada siyasi gigiyenik vasitəsi oldu - istifadə etdi və atdı

    Bu gün İndira Qandi Hindistanın Baş naziri seçildi

    Toni Bleyer Trampın Sülh Şurası üçün 1 milyard dollarlıq rüsuma dəstək vermədi

    Tarixdə bu gün – 19 yanvar

    Mark Karni NATO-nu Arktikanın təhlükəsizliyini təmin etməyə çağırdı

    Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

    Suriya hakimiyyəti SDQ ilə atəşkəs barədə razılığa gəldi

    "Real" Portuqaliya millisinin üzvünü istəyir

    İran XİN: Tehranda heç bir diplomatik nümayəndəlik bağlanmadı

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.