BAKI, AzerVoice, Nailə Babazadə
Böyük Britaniya hökuməti Ukraynaya göstərilən hərbi dəstəyin bir hissəsinin Rusiyanın dondurulmuş aktivləri hesabına maliyyələşdirildiyini açıqlayıb. Londondan verilən məlumata görə, bu yolla 1 milyard funt sterlinqdən çox hərbi yardım təmin edilib.
AzerVoice xəbər verir ki, rəsmi açıqlamaya əsasən, ayrılan vəsait hesabına sursat, pilotsuz uçuş aparatları, radio-elektron mübarizə sistemləri, müxtəlif silahlar və texnika alınıb.
Müdafiə naziri Con Hili bildirib ki, maliyyələşmə “Extraordinary Revenue Acceleration” proqramı vasitəsilə həyata keçirilir və bu proqram dondurulmuş aktivlərdən əldə edilən gəlirlərlə təmin olunur.