Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    “İstəklilər koalisasiyası”nın 26 üzvü Ukraynaya təhlükəsizlik qüvvələri yerləşdirməyi öhdəsinə götürüb – Makron

    4 Sentyabr 2025 21:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Fransa Prezidenti Emmanuel Makron bildirib ki, “İstəklilər koalisasiyası”nın 26 üzv dövləti atəşkəs çərçivəsində Ukraynaya təhlükəsizlik qüvvələri yerləşdirməyi öhdəsinə götürüb.

    AzerVoice xəbər verir ki, Makron ABŞ-ın, Ukraynanın, Avropa ölkələrinin və Koalisiya üzvlərinin Rusiya-Ukrayna müharibəsində sülhün tərəfdarı olduqlarını vurğulayıb.

    “Rusiya 2022-ci ildə müharibəni seçən yeganə ölkə idi. Necə ki, 2008-ci ildə Gürcüstanda, 2014-cü ildə isə Krım və Donbasda eyni addımı atmışdı. Rusiya bu gün də müharibəni davam etdirməyi, bəzən isə tərəfdaşların üstüörtülü razılığı ilə onu daha da şiddətləndirməyi seçən ölkədir” – deyə, o qeyd edib.

    Makron əlavə edib ki, Ukrayna müharibəni seçməyib və ABŞ prezidenti Donald Tramp qeyd-şərtsiz atəşkəsi qəbul edib.

    Fransa prezidenti Rusiyanın daim bəhanələr gətirdiyini, vaxt udmağa çalışdığını və müharibəni davam etdirmək istədiyini bildirib. O, dəqiq rəqəmləri açıqlamasa da, “Rusiyanın Ukrayna ərazisinin 1 faizindən azını əldə etmək üçün cəbhədə 1 milyondan çox əsgərini itirdiyini” vurğulayıb.

    Makron bütün sülh danışıqlarında əsas şərt kimi Rusiyanın ağır itkilər verdiyi ərazilərdən Ukrayna ordusunun geri çəkilməsini tələb etməsini “mənəvi baxımdan qəbuledilməz, hüquqa zidd və qeyri-mümkün” adlandırıb. O, danışıqların yalnız atəşkəs və ya sülh sazişi ilə yanaşı Ukrayna üçün güclü təhlükəsizlik zəmanətləri təmin olunduğu halda mümkün ola biləcəyini vurğulayıb.

    Fransa prezidenti əlavə edib ki, “İstəklilər koalisasiyası”nın 26 ölkəsi atəşkəs çərçivəsində Ukraynada quru, dəniz və ya hava qüvvələri ilə iştirak etməyi öhdəsinə götürüb. Onun sözlərinə görə, bu qüvvələrin məqsədi Rusiyaya qarşı müharibə aparmaq deyil, sülhü və təhlükəsizliyi təmin etməkdir. Makron həmçinin Koalisiyanın 35 üzvünün Ukraynaya sülh və təhlükəsizlik zəmanətləri ilə bağlı hərbi və siyasi töhfələrini dəqiqləşdirdiyini, müzakirələrin Ukrayna ordusunun imkanlarını məhdudlaşdırmamaq üzərində qurulduğunu qeyd edib.

    #Rusiya #Fransa #Ukrayna #Emmanuel Makron #Rusiya-Ukrayna münaqişəsi #Ukrayna-Rusiya müharibəsi #Rusiya-Ukrayna müharibəsi #Ukraynanın suverenliyi #Ukrayna müharibəsi sülh danışıqları #Rusiya-Ukrayna müharibəsinin sonu #Ukrayna müharibəsinin bitməsi üçün beynəlxalq danışıqlar #Ukraynadakı son hadisələr #Ukraynanın təhlükəsizlik zəmanətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    NATO rəsmisi Rusiya ilə bağlı xəbərdarlıq edib

    16 Fevral 2026 09:29

    Türkiyə mebel ixracında Rusiya bazarı zəifləyib (ÖZƏL)

    15 Fevral 2026 17:00

    Türkiyənin Fransaya sement satışı geriləyib (ÖZƏL)

    15 Fevral 2026 14:00

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    14 Fevral 2026 10:49

    Fransa bazarında Türkiyə tekstilinə tələbat zəifləyib (ÖZƏL)

    14 Fevral 2026 10:00

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    12 Fevral 2026 16:05

    “Bujival” razılaşmasına qarşı Kanaki Sazişi

    10 Fevral 2026 11:04

    Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurdular

    8 Fevral 2026 21:40

    Yanvar ayında Türkiyədən Fransaya mebel ixracı 21 milyon dolları keçib (ÖZƏL)

    8 Fevral 2026 17:00

    Bəhreyn və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq sazişi imzalanıb

    7 Fevral 2026 11:33
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

    Türkiyənin polad ixracında Qazaxıstan istiqamətində ciddi azalma (ÖZƏL)

    İsrail təhlükəsizlik tədbirlərini sərtləşdirib

    Türkiyənin ədliyyə naziri Fələstinlə bağlı mövqeyini açıqlayıb

    Xaricdə təhsil üzrə dövlət proqramına müraciətlər apreldə başlayır

    Qalatasaray Çempionlar Liqasında Yuventusu qəbul edəcək

    Prezident İlham Əliyev Aleksandar Vuçiç ilə qeyri-rəsmi səhər yeməyində iştirak edib

    İspaniya üçün yeni seçim KAAN ola bilər

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    Mediada boşanmaqla bağlı yalan məlumat yayanlar həbs ediləcək

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.