Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Qəzzadakı aclıq insan tərəfindən yaradılmış süni aclıqdır - Starmer

    3 Sentyabr 2025 20:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib ki, Qəzza zolağındakı vəziyyət dəhşətlidir və bölgədə yaranan aclıq insan tərəfindən yaradılmış süni aclıqdır.

    AzerVoice xəbər verir ki, Starmer bu fikirləri parlamentdə çıxış edərkən səsləndirib.

    O qeyd edib ki, Qəzzadakı hadisələrlə bağlı dünya liderləri ilə danışıqlar aparır və atəşkəsin əldə olunması, bölgəyə humanitar yardımın çatdırılması və girovların azad olunması istiqamətində səylər göstərir. Baş nazir həmçinin iki dövlətli həll yoluna aparacaq sülh planı üzərində də işlədiklərini vurğulayıb.

    Starmerin sözlərinə görə, İsrail humanitar təşkilatlara həyati vacib yardımları Qəzzaya çatdırmağa icazə verməlidir. O, İsrail hökumətini yardımların qarşısını almaqda ittiham edərək bildirib ki, bu səbəbdən “insan tərəfindən yaradılmış süni aclıq” elan olunub. Baş nazir əlavə edib ki, tələb olunan miqdarda yardımın bölgəyə çatdırılması üçün yeganə davamlı yol quru sərhəd-keçid məntəqələridir.

    Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət üzrə komissarı Ursula fon der Lyayen də Avropanın Qəzzada baş verənlər qarşısında uğursuzluğunu etiraf edib.

    “Geosiyasi gücümüzü hadisələrin gedişatını dəyişmək üçün istifadə edə bilmədik, çünki birliyimiz yoxdur” - deyə, o bildirib.

    Onun sözlərinə görə, Qəzzadakı humanitar böhran Avropanın öz dəyərlərinə sadiqliyinin ciddi sınağına çevrilib.

    İspaniyanın baş naziri Pedro Sançes isə Aİ-nin Qəzzada baş verənlərlə bağlı mövqeyini kəskin tənqid edib və reaksiyanı “uğursuz” adlandırıb. O bildirib ki, Avropanın bu zəifliyi Qərbin qlobal mövqeyinə və etibarlılığına zərbə vurur, Qəzza və Ukrayna məsələlərində isə ikili standartları açıq şəkildə nümayiş etdirir.

    Sançes İsrailin fələstin torpaqlarına hücumunu XXI əsrin beynəlxalq münasibətlərində “ən qaranlıq səhifələrdən biri” kimi dəyərləndirib. O, Avropa ölkələrinin İsrailə təzyiq məsələsində parçalanmış vəziyyətdə olduqlarını qeyd edərək bunu “qəbuledilməz” adlandırıb.

    İspaniya baş naziri həmçinin ölkəsinin Fələstin dövlətini tanımaqda öncül olduğunu xatırladaraq, digər Avropa dövlətlərinin də bu yolda addım atmasından məmnunluğunu ifadə edib. Bununla belə, o, ümumi Avropa mövqeyini “zəif və yetərsiz” adlandırıb.

    Sançes əlavə edib ki, ABŞ prezidenti Donald Trampın siyasəti İkinci Dünya Müharibəsindən sonra formalaşmış beynəlxalq nizamı dağıdır. Onun sözlərinə görə, ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı kimi qurumlardan çıxması Avropa və Böyük Britaniyaya qlobal liderliklərini təsdiqləmək üçün yeni imkan yarada bilər.

    #Qəzza #Qəzza zolağı #Böyük Britaniya #Kir Starmer #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    Avropanın iqtisadi və təhlükəsizlik problemlərində Pekin günahkar deyil - Çin

    14 Fevral 2026 10:49

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    12 Fevral 2026 10:38

    Starmer, Mançester Yunated rəhbərinin miqrasiya ilə bağlı fikirlərini qınayıb

    12 Fevral 2026 09:43

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq etməsinə qarşıdır

    10 Fevral 2026 11:03

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22
    XƏBƏR LENTİ

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniyaya səfərindən görüntülər paylaşılıb

    Prezident İlham Əliyev: Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur

    Prezident İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edilib

    Türkiyənin Kocaeli limanında gəmi hərəkəti artıb (ÖZƏL)

    AFAD 30-dan çox generator satın alacaq

    Türkiyədən Qırğızıstana xalça ixracı 23 faiz artıb (ÖZƏL)

    Hetçbeklərin Döyüşü: 2026 Kia K4 GT-Line Turbo, Honda Civic Sport Hybridə qarşı

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.