Əsas səhifə » F-35-lərin Türkiyəyə çatıdırılmasına mən mane oldum - ABŞ senatoru

F-35-lərin Türkiyəyə çatıdırılmasına mən mane oldum - ABŞ senatoru

BAKI, AzerVoice

F-35-lərin Türkiyəyə çatdırılmasına mən mane oldum.

AzerVoice xəbər verir ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ceyms Riş Türkiyəyə satılmış F-35 döyüş təyyarələrinin təhvil verilməsinə şəxsi təşəbbüsü ilə əngəl törətdiyini açıq şəkildə etiraf edib.

9 iyul tarixində keçirilən məhkəmə dinləməsində çıxış edən senator Riş, “Bu məsələyə şəxsən mən mane olmuşam və çoxsaylı səbəblərə görə bu blokadanı davam etdirəcəyəm” - deyə bildirib.

ABŞ-ın Yunanıstandakı yeni səfiri vəzifəsinə namizəd göstərilən Kimberli Quilfoyl isə bu mövqeyi müdafiə edib və Türkiyənin Rusiyadan silah almaqla müəyyən seçim etdiyini iddia edib.

Qeyd edək ki, Türkiyə ABŞ-dan 100 ədəd F-35 qırıcı təyyarəsi almaq üçün müqavilə imzalamış və artıq 6 ədəd təyyarə hazırlandıqdan sonra proqramdan çıxarılmışdı. Bu qərar Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almasına cavab olaraq verilmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice