Əsas səhifə » Buzlaqlar əridikcə vulkanlar oyanır - qlobal təhlükəyə çevrilir

Buzlaqlar əridikcə vulkanlar oyanır - qlobal təhlükəyə çevrilir

BAKI, AzerVoice

Əriyən buzlaqlar ölümcül vulkan püskürmələrinə səbəb ola bilər.

AzerVoice xəbər verir ki, Viskonsin-Madison Universitetinin tədqiqatçıları iqlim dəyişikliyinin planetin dərinliklərində təhlükəli geoloji prosesləri hərəkətə keçirə biləcəyini ortaya qoyublar.

Alimlər bildirirlər ki, buzlaqların əriməsi potensial olaraq partlayıcı və ölümcül vulkan püskürmələrini sürətləndirə bilər.

Tədqiqat Çilinin cənubundakı altı vulkan üzərində aparılıb. Analizlər göstərib ki, son buz dövründə qalın buz təbəqəsi vulkan aktivliyini yatıraraq yerin altındakı maqma anbarının dolmasına səbəb olub. Lakin buzlaqların əriməsi ilə bu təzyiq azalıb, qazların genişlənməsi və nəticədə şiddətli püskürmələr baş verib.

Tədqiqatın rəhbəri Pablo Moreno-Yaeger qeyd edir ki, iqlim dəyişikliyi səbəbindən buzlaqların geri çəkilməsi təkcə İslandiya deyil, Antarktida, Amerika qitəsi, Yeni Zelandiya və Rusiyadakı vulkanlar üçün də ciddi təhlükə yaradır. Onun sözlərinə görə, bu növ püskürmələr atmosferə istixana qazlarının daxil olmasını artıraraq iqlim böhranını daha da dərinləşdirə bilər.

Dünyanın ən aktiv vulkanları arasında bunlar yer alır:

Kilauea (Havay, ABŞ) – 2023 və 2024-cü illərdə yenidən aktivləşib. 1983–2018-ci illərdə ardıcıl püskürüb.

Etna (İtaliya) – Avropanın ən aktiv vulkanıdır.

Stromboli (İtaliya) – “Mayak vulkanı” olaraq tanınır, demək olar ki, daimi püskürmələrlə tanınır.

Merapi (İndoneziya) – Piroklastik axınları ilə məşhurdur, ölümcül püskürmələri ilə tanınır.

Nyiraqonqo (Konqo) – Dünyanın ən sürətli lavaya malik vulkanıdır. 2021-ci ildə minlərlə insanın evakuasiyasına səbəb olmuşdu.

Digər Kateqoriyalar

2025 © Azervoice