Əsas səhifə » "Samsung" süni intellekt əsaslı ağıllı aksesuarlar hazırlayacaq

"Samsung" süni intellekt əsaslı ağıllı aksesuarlar hazırlayacaq

BAKI, AzerVoice

Cənubi Koreyanın "Samsung" şirkəti süni intellekt (Sİ) əsaslı ağıllı bəzək əşyaları, eynəklər və açarlıq tipli cihazlar hazırlamağı nəzərdən keçirir.

AzerVoice-un məlumatına görə, bu barədə "Samsung"un Mobil Təcrübə bölməsinin baş əməliyyat direktoru Von-Jun Çoi açıqlama verib.

Bildirilib ki, bu qurğular istifadəçilər tərəfindən gündəlik həyatda taxıla biləcək şəkildə dizayn ediləcək.

Habelə, bu cihazlar sayəsində istifadəçilər telefonlarını çıxarmadan ünsiyyət qura və müxtəlif işlərini daha sürətli yerinə yetirə biləcəklər.

Vurğulanıb ki, bu tip yeni cihazlar eynəklər, sırğalar, saatlar, üzük və həmçinin boyunbağı da ola bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice