BAKI, AzerVoice
Çinin "ByteDance" şirkətinə məxsus "TikTok" platforması ABŞ üçün ayrıca bir tətbiqin istifadəyə veriləcəyi barədə məlumatları təkzib edib.
AzerVoice xəbər verir ki, bu haqqda platformanın rəsmi saytında yerləşdirilən bəyanatda deyilir:
“Reuters agentliyi tərəfindən yayımlanan son xəbər anonim mənbələrə əsaslanır və həqiqəti əks etdirmir.”
Qeyd edək ki, iyulun 9-da "Reuters" agentliyi mənbələrə istinadən "TikTok"un ABŞ istifadəçiləri üçün xüsusi alqoritmə malik ayrıca bir tətbiq üzərində işlədiyini bildirmişdi.
Bundan əlavə, 6 iyul tarixində "The Information" portalı da anonim mənbələrə istinad edərək "TikTok"un ABŞ-da tətbiq edilə biləcək potensial bloklanma təhlükəsinə görə, mövcud versiyanın əvəzinə istifadə ediləcək yeni bir tətbiq üzərində iş apardığı barədə məlumat vermişdi.