BAKI, AzerVoice
Aİ İrana nüvə silahı ilə bağlı xəbərdarlıq edib.
AzerVoice xəbər verir ki, Avropa
İttifaqı Şurasının sədri Antonio Kosta İranın nüvə silahına sahib
olmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
O bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın
nüvə proqramını müstəqil şəkildə qiymətləndirə biləcək yeganə
neytral qurumdur. Kosta İtaliyanın paytaxtı Romada MAQATE-nin
direktoru Rafael Mariano Qrossi ilə görüşdən sonra bu açıqlamanı
sosial mediada paylaşıb.
Aİ rəsmisi həmçinin İran prezidenti Məsud Pezeşkianla telefon danışığında Tehranı Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) tam əməl etməyə və MAQATE yoxlamalarını bərpa etməyə çağırıb. MAQATE direktoru Qrossi isə Aİ-nin bu istiqamətdəki dəstəyinə görə təşəkkür edib.
Qeyd edək ki, Aİ və MAQATE son illər nüvə silahlarının yayılmasının qarşısının alınması və təhlükəsiz enerji proqramlarının təşviqi məqsədilə sıx əməkdaşlıq edir.