Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    Yad kometa Günəş sisteminə daxil olub

    12 İyul 2025 17:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Günəş sisteminə ulduzlararası qonaq - 3I/ATLAS kometası müşahidə edilib.

    AzerVoice xəbər verir ki, NASA tərəfindən dəstəklənən teleskoplar Günəş sisteminə daxil olan yeni ulduzlararası obyekt – 3I/ATLAS adlı kometanı müşahidə edib.

    Alimlərin sözlərinə görə, bu, Yerə yaxınlaşan ulduzlararası mənşəli üçüncü göy cismidir və digər ulduz sistemlərinin sirlərini anlamaq baxımından böyük əhəmiyyət daşıyır.

    Kometa Çilidə yerləşən ATLAS teleskopu vasitəsilə iyunun 14-də aşkar edilib. Təxminən 214 min km/saat sürətlə hərəkət edən obyektin trayektoriyası onun Günəş sisteminə məxsus olmadığını göstərir. NASA-nın Reaktiv Hərəkət Laboratoriyasından Dr. Paul Chodas bildirib ki, 3I/ATLAS milyonlarla ildir kosmosda sərbəst şəkildə hərəkət edir və təsadüfən Günəş sisteminə daxil olub.

    Hazırda kometa Yerdən 470 milyon kilometr, Günəşdən isə 416 milyon kilometr uzaqlıqdadır. Astronomlar onu onlarla teleskop vasitəsilə yaxından izləyir.

    Əvvəlki ulduzlararası kometalar olan Oumuamua (2017) və 2I/Borisov (2019) kimi, 3I/ATLAS da alimlər arasında böyük marağa səbəb olub. Onun səthindən qaz və toz tökülməsi klassik kometa xüsusiyyətlərini təsdiqləyir. Diametri təxminən 20 kilometr olan bu obyekt, oktyabrın 2-də Marsın yaxınlığından, 30 milyon kilometr məsafədən keçəcək.

    Elm adamları kometanı 2026-cı ilin ortalarına qədər müşahidə edə biləcəklər. Bu müddət ərzində onun Günəşə və Yerə ən yaxın nöqtələrə çatması və sonrakı trayektoriyası diqqətlə izlənəcək.

    Villanova Universitetindən astronom Teddi Kareta bildirib ki, bu tip cisimlər “başqa ulduzların ətrafında yaranmış asteroidlər və kometlərdir” və belə obyektlər başqa ulduz sistemlərinin “tikinti bloklarını” təmsil edir.

    Qeyd edək ki, bu növ ulduzlararası obyektlərin öyrənilməsi elm adamlarına digər planet sistemlərinin necə formalaşdığını və təkamül keçirdiyini anlamaqda kömək edir.

    #NASA #kosmos #Bunu bilirsinizmi? #astronomik kəşflər #astronomiya xəbərləri #Günəş #Kosmos texnologiyası #nadir astronomik hadisə #kosmos tədqiqatları 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tarixdə bu gün - 13 noyabr

    13 Noyabr 2025 00:35

    Elm adamları: Tənhalıq beyni sürətlə qocaldır

    11 Noyabr 2025 20:30

    Beyni daha güclü edən qidalar məlum oldu

    11 Noyabr 2025 14:24

    XVI-XVII əsr dövlətlərində kəşfiyyatla bağlı maraqlı məlumatlar

    9 Noyabr 2025 12:46

    9 yaşında taxta çıxan, 18 yaşında sirli şəkildə ölən firon: Tutanxamonun müəmmalı həyatı

    9 Noyabr 2025 09:26

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45

    İngiltərədə sağlam qidalanma problemləri artmaqdadır

    12 Oktyabr 2025 14:00

    Dietik içkilər qaraciyər xəstəlikləri riskini artırır

    12 Oktyabr 2025 13:00

    Yeni nəsil kitabdan uzaqlaşır - Uşaqlar ekran qarşısında daha çox vaxt keçirir

    12 Oktyabr 2025 10:00

    Şəxsiyyət xüsusiyyətləri uzunömürlülüyün açarı ola bilər

    11 Oktyabr 2025 12:00

    Qadınlar niyə kişilərdən daha uzun ömürlüdür?

    5 Oktyabr 2025 15:30

    Alimlər kainatın başlanğıcı ilə bağlı yeni model təqdim edib

    5 Oktyabr 2025 12:00
    Demo
    XƏBƏR LENTİ

    ABŞ Venesuelalı miqrantları deportasiya edəcək

    ABŞ-nin qlobal innovasiya platforması “Plug and Play” ilə İRİA əməkdaşlığa başlayır

    Göyçayda “Milli-mənəvi kimlik və müasir çağırışlar” mövzusunda regional konfrans keçiriləcək

    Qırğızıstanın 25 mindən çox vətəndaşı xaricdə səsvermədə iştirak edib - Qırğızıstan seçkiləri

    Türkiyə limanları ilə 76 milyon tondan çox neft məhsulları daşınıb (ÖZƏL)

    Laçının işğaldan azad edilməsindən beş il ötür

    Fənərbaxça–Qalatasaray derbisi: Liderlik uğrunda həlledici qarşılaşma

    Prezident İlham Əliyev Laçının işğaldan azad olunmasının növbəti ildönümü ilə bağlı paylaşım edib

    Yuxuda nar görmək

    Xristianlığı parçalanmaqdan qurtaran Nikeya Birinci Kilsə Şurası haqqında nə bilirik?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.